Mirzə Məhəmmədkərim bəy Mirzə Haqverdi bəy oğlu Kəbirli (1779-?) — xəttat.
Mirzə Məhəmmədkərim bəy Kəbirli | |
---|---|
Mirzə Məhəmmədkərim bəy Mirzə Hаqvеrdi bəy оğlu Kəbirli | |
Doğum tarixi | 1779 |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | 1841 |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası |
Vətəndaşlığı |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Uşaqları | Əbdülkərim bəy, Əbdüləzim bəy |
Fəaliyyəti | şair |
Məhəmmədkərim bəy Mirzə Haqverdi bəy oğlu 1779-cu ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə adlanırdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Divanxanada katib vəzifəsində qulluqda idi. Xanın yaxın adamlarından sayılırdı.
Mirzə Məhəmmədkərim bəy xoşxət xəttat idi. Kitab üzü köçürürdü. Zəngin kitabxanası vardı. Məşhur "Rövzəti-üş-şühəda" əsərini köçürüb övladlarına bağışlamışdı.
Mirzə Məhəmmədkərim bəyin Əbdürrəhim bəy, Əbdülkərim bəy, Əbdüləzim bəy adlı oğulları vardı.