Moisey Toidze

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Moisey Toidze
gürc. მოსე ივანეს ძე თოიძე
Doğum tarixi
Doğum yeri Tiflis,  Rusiya İmperiyası
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Tbilisi, Gürcüstan Sovet Sosialist Respublikası Gürcüstan SSR, SSRİ SSRİ
Dəfn yeri
Milliyyəti gürcü
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti rəssam, qrafika ustası[d], müəllim
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası[d]
Janrlar portret, süjetli rəsm
Stil Sosialist realizmi
Üzvlüyü
  • SSRİ Rəssamlıq Akademiyası[d] (1947–)
Mükafatları "Lenin" ordeni "Şərəf nişanı" ordeni
"SSRİ xalq rəssamı" fəxri adı — 1974
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moisey İvanoviç Toidze (gürc. მოსე ივანეს ძე თოიძე) — gürcü rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki (1947), professor, SSRİ xalq rəssamı (1953)[1]. Sosialist Əməyi Qəhrəmanı (1932).

Həyatı

Moisey Toidze. Qələbə mahnısı, 1948.

Moisey Toidze 2 fevral 1871-ci ildə Tiflis şəhərində anadan olmuşdur[2].

  • 18961899-cu ildə Sankt-Peterburqdakı İmperator rəssamlıq akademiyasında oxumuş, İlya Repinin şagirdi olmuşdur.
  • 1899-cu ildə Tiflisə qayıtmışdır. Xalq məişətindən səhnələr ("Msxetoba", 1899—1901), portretlər (anasının portreti, 1904—1905) çəkmişdir. 1920—1940-cı illərdə əsərlərində sosializm quruluşunu, gürcü xalqının yeni həyatını, Böyük Vətən müharibəsi (1941—1945) hadisələrini əks etdirmişdir ("Xoşbəxt həyat", 1934, "Cəbhədən məktub", 1942, "Qələbə mahnısı", 1948—hamısı Gürcüstan SSR İncəsənət Muzeyindədir, Tbilisi)[3].
  • 19301953-cü illərdə Tbilisi rəssamlıq akademiyasının professoru olmuşdur. SSRİ xalq rəssamı Uça Caparidze, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze və s. onun şagirdləri olmuşdur.
  • Moisey Toidze 17 iyun 1953-cü ildə vəfat etmiş, Tbilisidə dəfn olunmuşdur.

Ailəsi

  • Oğlu — 4 dəfə Stalin mükafatı laureatı, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze;
  • Qızı — aktrisa Aleksandra Toidze

Xatirəsi

Tbilisidə Moisey Toidzenin ev-muzeyi yaradılıb (Mitrofan Lagidze küçəsi, 3)[4].

Xarici keçidlər

Moisey Toidze Böyük Sovet Ensiklopediyasında

İstinadlar

  1. Тоидзе Моисей (Мосе) Иванович Arxivləşdirilib 2015-07-24 at the Wayback Machine  (rus.)
  2. მოსე თოიძე – ხელნაწერთა ეროვნული ცენტრი.[ölü keçid]  (gürc.)
  3. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 303.
  4. "Дом-музей Моссе Тоидзе / House-Museum of Mosse Toidze". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.