Uça İlya Malakiyeviç Caparidze (gürc. უჩა ჯაფარიძე; 4 (17) avqust 1906 – 6 iyul 1988, Tbilisi) — gürcü boyakarı və qrafiki, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1963), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981).
Uça Caparidze | |
---|---|
gürc. უჩა ჯაფარიძე | |
Doğum adı | Uça İlya Malakiyeviç Caparidze |
Doğum tarixi | |
Doğum yeri | Qari, Kutaisi quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ |
Dəfn yeri |
|
Milliyyəti | gürcü |
Vətəndaşlığı |
Rusiya İmperiyası SSRİ Gürcüstan SSR |
Fəaliyyəti | rəssam |
Təhsili | Tbilisi rəssamlıq studiyası və Rəssamlıq Akademiyası |
Stil | sosialist realizmi |
Tələbəsi | Georgi Totibadze |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Uça Caparidze 17 avqust 1906-cı ildə Kutaisi quberniyasının Qari kəndində anadan olub. 1922–1924-cü illərdə Tbilisidə M.Toidzenin Xalq rəssamlıq studiyasında, 1924–1925 və 1928–1931-ci illərdə isə Rəssamlıq Akademiyasında təhsil almışdır. Erkən yaradıcılığa L. Qudiaşvilinin təsiri (rənglərin ifadəliliyi, kompozisiyanın dekorativliyi) olmuşdur. 1932–1936-cı illərdə Moskvada yaşamışdır. Uça Caparidze tarixi tabloların ("1901-ci ildə Tiflisdə 1 may nümayişi", 1939–1941), məişət rəsmlərinin ("Ananın düşüncələri", 1945, "Babanın fəxri" 1954, "Kolxoz bazarı", 1960), portretlərin (bəstəkar Z.P. Paliaşvili, 1940, şair Q.V. Tabidze, 1943, aktrisa V.İ.Ancaparidze, (1956) və b.), mənzərələrin, kitab illüstrasiyalarının (Q.V. Tabidze, İ.Q. Çavçavadze və başqalarının kitablarına) müəllifidir. "Xeyir-dua" (1957) əsərinə görə 1958-ci ildə Ümumdünya sərgisinin gümüş medalını almışdır. 1936-cı ildən Tbilisi Rəssamlıq Akademiyasında dərs demişdir. 1944-cü ildən professor, 1942–1948-ci illərdə direktor olmuşdur. Azərbaycan rəssam kadrlarının hazırlanmasında xidməti olmuşdur. Uça Caparidze 1988-ci ildə Tbilisidə vəfat etmişdir.