1899-cu ildə Tiflisə qayıtmışdır. Xalq məişətindən səhnələr ("Msxetoba", 1899—1901), portretlər (anasının portreti, 1904—1905) çəkmişdir. 1920—1940-cı illərdə əsərlərində sosializm quruluşunu, gürcü xalqının yeni həyatını, Böyük Vətən müharibəsi (1941—1945) hadisələrini əks etdirmişdir ("Xoşbəxt həyat", 1934, "Cəbhədən məktub", 1942, "Qələbə mahnısı", 1948—hamısı Gürcüstan SSR İncəsənət Muzeyindədir, Tbilisi)[3].
1930—1953-cü illərdə Tbilisi rəssamlıq akademiyasının professoru olmuşdur. SSRİ xalq rəssamı Uça Caparidze, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze və s. onun şagirdləri olmuşdur.