Növrəstə Quliyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Növrəstə Quliyeva
azərb. Növrəstə Bağır qızı Quliyeva
Doğum tarixi
Doğum yeri Qarabağlar, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Qarabağlar, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR
Vətəndaşlığı  Rusiya İmperiyasıSSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti tütünçü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1949
"Lenin" ordeni

Növrəstə Bağır qızı Quliyeva (19063 fevral 1982) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949).

Həyat və əmək fəaliyyəti

Növrəstə Quliyeva 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Kəngərli rayonu) Qarabağlar kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1933-cü ildə Karl Marks adına İliç rayon kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 1 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalıLenin ordeni, ilə təltif olunmuşdur. 1952-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Növrəstə Quliyeva 3 fevral 1982-ci ildə Culfa rayonunda vəfat etmişdir.[1]

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. ISBN 5-8066-1468-9.