Naxçıvan Şəhər Poliklinikası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Naxçıvan Şəhər Poliklinikası, akademik Z. Ə. Əliyeva adına — tibb müəssisəsi.[1]

Haqqında

1922-ci ildə Naxçıvan şəhər xəstəxanası nəzdində ambulatoriya kimi fəaliyyətə başlamışdır. 1936-cı ildən həmin xəstəxana yanında poliklinikaya çevrilmişdir. 1985-ci ildən A. Cəlilov küçəsində tikilmiş yeni ixtisaslaşdırılmış binada yerləşir. Poliklinikada cərrahiyə, rentgen şöbələri, I-II terapiya şöbəsi və kabinələri, stomatologiya, oftalmologiya, lor, nevrologiya, fizioterapiya, laboratoriya kabinələri, profilaktika-müayinə və yeniyetmələr kabinələri fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu ildə Naxçıvan Muxtar Respublikasını 75 illik yubileyi ilə əlaqədar Naxçıvanda olarkən poliklinikaya gəlmiş, onun işi ilə tanış olmuşdur. 1999-cu ildın akademik Zərifə Əliyevanın adınadır. Burada onun həyat və fəaliyyətini əks etdirən muzey yaradılmışdır.[1] 

Həmçinin bax

İstinadlar

  1. 1 2 Naxçıvan şəhər poliklinikası// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 166. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər