Naxçıvan Əlyazma Sənədləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Naxçıvan Əlyazma SənədləriKəngərli sülaləsinə məxsus sənədlər (17 – 19 əsrlər).[1]

Haqqında

Sülalənin ayrı-ayrı üzvləri tərəfindən yazılan və onlara ünvanlanan məktub, reskript, fərman, qəbalə və s.-dən ibarətdir. Sənədlərin mövcudluğu məlum olan kimi (1935) Gürcüstandan Naxçıvana dərhal elmi heyət göndərilmiş, onlar başqa sənədlərlə birlikdə Tiflisə aparılmış, qısa müddətdə araşdırılmış və 1936-cı ildə kitab haılnda çap olunmuşdur. Kitabın redaktoru məşhur şərqşünas, akademik N. Y. Marrın oğlu Y. N. Marrdır. Burada təkcə Azərbaycanın deyil, İran, TürkiyəRusiyanın da ictimai-iqtisadi və siyasi tarixinə dair materiallar vardır. Təəssf ki, gətirilmiş 300-dən çox sənədin yalnız 25-i şərqşünas K. N. Smirnovun tərcüməsi və şərhləri ilə üzə çıxarılmış, qalanlarının taleyi isə hələlik naməlumdur. Kitab 2 hissədən ibarətdir. Birinci hissəyə 3 fəsil – Kəngərli tayfası (1 – 7 saylı sənədlər); naxçıvanlıların İran şahı Kərim xan Zəndə iki ərizəsi (8 – 9 saylı sənədlər); Naxçıvanda tərəflər arasında bağlanmış iki qəbalə (10 – 11 saylı sənədlər), ikinci hissəyə isə 2 fəsil – feodal münasibətləri, torpaq mülkiyyəti və maliyyə məsələləri (12 – 21 saylı sənədlər); Səfəvi dövrü sənədləri (22 – 25 saylı sənədlər) daxildir.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 Naxçıvan Əlyazma Sənədləri// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 83. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər