Nisbət Sədrayeva

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nisbət Sədrayeva
Nisbət Əlfəddin qızı Sədrayeva
Ümumi məlumatlar
Doğum tarixi 17 yanvar 1998(1998-01-17) (26 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Janr Muğam
Təhsili

Nisbət Sədrayeva (17 yanvar 1998, Göylər, Şamaxı rayonu) ― azərbaycanlı muğam ifaçısı. 2010-cu ildə "Kainat" Beynəlxalq Uşaq Muğam Festivalının, 2013-cü ildə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş gənc ifaçıların II Respublika müsabiqəsinin[1], 2015-ci il V Televiziya Muğam Müsabiqəsinin[2] və 2018-ci ildə Beynəlxalq Muğam Festivalının qalibidir. Azərbaycan Dövlət Televiziyasının[3] və Beynəlxalq Muğam Mərkəzinin solistidir.[4]

Haqqında

Nisbət Əlfəddin qızı Sədrayeva 1998-ci il 17 yanvar Şamaxı rayon Göylər kəndində anadan olub. 2004-2007-ci ildə Ə.Məmmədov adına Göylər kənd 1 saylı orta məktəbdə 4-cü sinifə qədər təhsil alıb. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Təhsilini Bakı şəhər 33 saylı Şuşa Uşaq musiqi məktəbində davam etdirib. Şuşa Uşaq musiqi məktəbində əməkdar artist Sevinc Sarıyevadan təhsil alıb. 2009-2015-ci illər də Bülbül adına Orta ixtisas musiqi məktəbində Fehruz Səxavət və xalq artisti Ağaxan Abdullayevin tələbəsi olub.[5]

2010-cu ildə "Kainat” Beynəlxalq Uşaq Muğam Festivalında ”Heyratı” zərb muğamını ifa edərək 1-ci yerin qalibi, 2012-ci ildə SSRİ xalq artisti Bülbülün 115 illiyinə həsr olunmuş musiqi festivalında 2-ci yerin qalibi, 2013-cü ildə isə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqə də 1-ci yerə layiq görülüb.[1] 2015-ci ildə Heydər Əliyev fondunun təşkilatçılığı ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak edərək 1-ci yerə layiq görülüb.[2] 2015-2020-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti Arif Babayevin sinifində təhsil alıb. 2017-ci ildə Azərbaycan Dövlət televiziyasında solist kimi fəaliyyətə başlayıb. 2018-ci ildə yenidən Beynəlxalq Muğam Festivalına qatılaraq 1-ci yerin qalibi olub. 2018-ci ildə Azərbaycan Dövlət Televiziyasının Mədəniyyət kanalının və Beynəlxalq Muğam mərkəzinin birgə layihəsi olan “Muğamat var olan yerdə” adlı solo konserti baş tutub. 2018-ci ilin sentyabr ayında Şamaxıda keçirilən “Nəsimi” festivalında çıxış edib. 2019-cu ildə Türkiyə, Belçika, Almaniya, Litva, Norveç, Finlandiya və digər ölkələrdə xarici səfərlərdə olub. Həmin ildə Beynəlxalq muğam mərkəzində solist vəzifəsində çalışmağa başlamışdır. 2019-cu ilin avqustunda “Avaxıl” kəndində “Bir gün Qarabağ da” adlı konsertdə çıxış etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında[3] Beynəlxalq Muğam Mərkəzində[4] və Şamaxı rayon Mədəniyyət mərkəzində solist vəzifəsində çalışır. Qızıl Fondda ifa etdiyi “Şahnaz”, “Xaric Segah” və "Mahur Hindi” dəstgah muğamları saxlanılır.

Həmçinin bax

İstinadlar

  1. 1 2 "Bülbül adına Orta İxtisas Musiqi Məktəbi" (az.). bulbulschool.az. 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2021.
  2. 1 2 "Təhsil Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin XI sinif şagirdi Nisbət Sədrayeva V Muğam televiziya müsabiqəsində I yerə layiq görülüb" (az.). edu.gov.az. 2015. 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2021.
  3. 1 2 ""Muğamat var olan yerdə"" (az.). medeniyyet.az. 19 sentyabr 2018. 17 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2021.
  4. 1 2 "Nisbət Sədrayeva: Tamaşaçılar çıxışlarımızı çox bəyənir" (az.). AzərTAc. 14 sentyabr 2019. 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2021.
  5. Qurban Yaquboğlu. "Nisbət Sədrayeva: "Böyük arzularım var" - SÖHBƏT" (az.). teleqraf.com. 12 Mart 2016. 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2021.