Novruz Quliyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Novruz Quliyev
Novruz Məhəmməd oğlu Quliyev
29 dekabr 2005 – 16 aprel 2020
bayraq
Azərbaycan Respublikası Milli Məclisinin
I və II çağırış deputatı
bayraq2
1995 – 2005
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1952(1952-03-22) (72 yaş)
Doğum yeri
Partiya Yeni Azərbaycan Partiyası
Fəaliyyəti professor
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Tərəqqi" medalı"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Novruz Quliyev (22 mart 1952, Əmirvarlı, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini (2005–2020), Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı. Biologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001).[1]

Həyatı

Novruz Quliyev 1952-ci il martın 22-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1977-ci ildə SSRİ EA-nın Biokimya İnstitutunun aspiranturasını bitirib. 1978-ci ildə biologiya elmləri namizədi və 1992-ci ildə biologiya elmləri doktoru alimlik dərəcələrini alıb.

2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilb. 1974-cü ildə əmək fəaliyyətinə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda başlayıb. 1981-ci ilin may ayından AMEA-da böyük, aparıcı elmi işçi vəzifələrində çalışmışdır və hal-hazırda Botanika İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyir.

1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib[2].

2005–2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışmışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilmişdir.

İstinadlar

  1. "Quliyev Novruz Məhəmməd oğlu" (az.). science.gov.az. 2017. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  2. Quliyev, Novruz. "QULİYEV Novruz Məhəmməd oğlu". QULİYEV Novruz Məhəmməd oğlu (ingilis). Archived from the original on 2022-07-07. İstifadə tarixi: 2023-12-11.