Novruz Quliyev

Novruz Məhəmməd oğlu Quliyev (22 mart 1952, Əmirvarlı, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin keçmiş müavini. Biologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001).[1]

Novruz Quliyev
29 dekabr 2005 – 16 aprel 2020
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1952(1952-03-22) (71 yaş)
Doğum yeri
Partiya
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Novruz Quliyev 1952-ci il martın 22-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1977-сi ildə SSRİ EA-nın Biokimya İnstitutunun aspiranturasını bitirib. 1978-сi ildə biologiya elmləri namizədi və 1992-ci ildə biologiya elmləri doktoru alimlik dərəсələrini alıb.

2001-сi ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilb. 1974-cü ildə əmək fəaliyyətinə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda başlayıb. 1981-ci ilin may ayından AMEA-da böyük, aparıcı elmi işçi vəzifələrində çalışmışdır və hal-hazırda Botanika İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyir.

1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

2005-ci ildən 2020-ci illədək Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışmışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Quliyev Novruz Məhəmməd oğlu" (az.). science.gov.az. 2017. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.