Nyuton Aleksandr Makkalli

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nyuton Aleksandr Makkalli
Şəxsi məlumatlar
Doğum tarixi 19 iyun 1867(1867-06-19)
Doğum yeri
Vəfat tarixi 1951[1][2][…] və ya 14 iyun 1951(1951-06-14)[3] (83 yaşında)
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Qoşun növü ABŞ hərbi donanması
Rütbəsi Admiral
Döyüşlər
Təltifləri Navy Distinguished Service Medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nyuton Aleksandr Makkalli (ing. Newton Alexander McCully; 19 iyun 1867, Anderson[d], Cənubi Karolina1951[1][2][…] və ya 14 iyun 1951[3]) – ABŞ Hərbi Donanmasının zabiti. Rus-yapon müharibəsində müşahidəçi qismində iştirak etmişdir.[4]

Həyatı

Nyuton Aleksandr Makkalli 1867-ci ildə Cənubi Karolina ştatında doğulmuşdur. 1887-ci ildə ABŞ-ın Hərbi Dəniz Akademiyasından məzun olmuşdur. Rus-yapon müharibəsinin başlamasından bir neçə gün sonra leytenant-komandir rütbəsi ilə Rusiyaya göndərilmişdir. Transsibir dəmiryolu vasitəsilə səyahət etdikdən sonra Mancuriyaya çatmış və müharibəni Rusiyanın tərəfindən müşahidə etmişdir. Müharibə başa çatdıqdan sonra ABŞ-yə qayıtmış və müharibə haqqında yazdırığı raportu 1906-cı ildə donanma katibliyinə təqdim etmişdir. Bu raport Makkalli raportu kimi tanınmağa başlamışdır.[4]

Makkalli daha sonra USS California krayserinin icraçı məmuru, 1910-cu ildə Donanma Müharibə Kollecinin müəllimi olmuşdur. 1914-cü ildə donanma ateşesi kimi Sankt-Peterburqa göndərilmişdir. 1918-ci ilin sentyabrında Rusiyanın şimalındakı ABŞ donanmasının qüvvələrinə komandanlıq etmək ona həvalə olunmuşdur. 1919-cu ildə cənubi Rusiyaya göndərilmiş diplomatik nümayəndəliyinin başçısı təyin olunmuşdur. 1920-ci illərin əvvəllərində müxtəlif vəzifələri tutmuş və müvəqqəti olaraq vitse-admiral rütbəsi daşımışdır. 1925-ci ildə ABŞ donanma missiyasının başçısı kimi Braziliyaya getmişdir. Sonuncu vəzifəsi Çarlston şəhərində Altınca Donama Rayonunun komandanlığı olmuşdur. 1931-ci ildə təqaüdə çıxmışdır.[4]

İstinadlar

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Swartz A. Newton A. McCully // Open Library (ing.). 2007.
  3. 1 2 Find a Grave (ing.). 1996.
  4. 1 2 3 Kowner. səh. 226

Ədəbiyyat

  • Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 226. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 20 iyun 2023.

Xarici keçidlər