Oqast Karl Rayşauer

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Oqast Karl Rayşauer
Doğum tarixi 4 sentyabr 1879(1879-09-04)
Doğum yeri
Vəfat tarixi 10 iyul 1971(1971-07-10) (91 yaşında)
Fəaliyyəti missioner

Oqast Karl Rayşauer (ing. August Karl Reischauer; 4 sentyabr 1879, Consboro[d], İllinoys10 iyul 1971) – amerikalı presviterian missioneri.[1] Yaponiyadakı fəaliyyətinə görə tanınır.[1] 1918-ci ildə Tokio Qadınlar Xristian Universitetinin, 1920-ci ildə isə həyat yoldaşı ilə birlikdə Yaponiya Karlar Danışıq Məktəbinin əsasını qoymuşdur.[1]

Həyatı

Oqast Karl Rayşauer 1879-cu ildə ABŞ-nin İllinoys ştatının Consboro şəhərində doğulmuşdur.[1] 1902-ci ildə Hanover kollecindən, 1905-ci ildə isə Makkormik Teologiya Seminariyasından məzun olduqdan sonra Yaponiyaya getmişdir.[1] Rayşauer xristianlığın digər dinlərlə əlaqəsi ilə maraqlandığı üçün 1917-ci ildə "Yaponiyada buddizm tədqiqatları" adlı elmi işini nəşr etdirmişdir.[1] O, həmçinin Yaponiyada təkrarlanan protestant missionerlik cəhdlərini aradan qaldırmağa və məzhəb seminariyalarını möhkəmləndirməyə cəhd etmişdir.[1] 1917-ci ildə Nyu-York Universiteti tərəfindən fəxri dərəcə ilə təltif olunmuşdur.[2]

1941-ci ildə Yaponiyanı tərk etmiş və bir neçə il Nyu-York şəhərindəki Birlik Teologiya Seminariyasında müqayisəli dinlər mövzusunda dərslər vermişdir.[1] Əsas əsərlərinə "Yaponiyada tapşırıq: Müasir missionerlik prinsiplərinin tədqiqi" (1926) və "Oco yoşu: Cənnətdə doğum haqqında esselər" (1930) aiddir.[2]

Ailəsi

Böyük oğlu Robert "Erkən Yaponiya tarixi, e.ə. 40 – b.e. 1167" adlı əsərinin nəşrindən qısa müddət sonra Şanxayda hava bombardımanı nəticəsində ölmüşdür.[1] İkinci oğlu Ervin tanınmış yaponşünas olmuş, 1961–1966-cı illərdə ABŞ-nin Yaponiyadakı səfiri vəzifəsini yerinə yetirmişdir.[1]

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 288-289. ISBN 0-87011-626-6. İstifadə tarixi: 16 avqust 2022.