Portals (Melani Martines albomu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Portals
Yayımlanma tarixi 31 mart 2023
Yazılma tarixi 2020–2022
Janr
Müddət 51:33
Dil ingilis dili
Leybl Atlantic
Prodüser
  • The 23rd
  • CJ Baran
  • Hoskins
  • Melanie Martinez
  • One Love
  • Pearl Lion
  • Simon Says
  • Cautious Clay
Melani Martines albomlarının xronologiyası
"After School"
(2020)
"Portals"
(2023)
Portals albomundan sinqllar
  1. "Death"
    Yayımlanıb: 17 mart 2023
  2. "Void"
    Yayımlanıb: 29 mart 2023
  3. "Evil"
    Yayımlanıb: 21 noyabr 2023
Videoklip
 WOMB
Videoklip
 PLUTO

Portals — ABŞ müğənnisi Melani Martinesin 31 mart 2023-cü ildə Atlantic Records tərəfindən buraxılan üçüncü studiya albomu.[1] Sənətçi üç ilə yaxın fasilədən sonra yeni alter eqosu “çəhrayı pəri” ilə səhnələrə qayıdıb. Melani Martines əvvəlki iki albomunun baş qəhrəmanı olan “Cry Baby”nin artıq öldüyünü bildirib. Müğənni 2023-cü ildə yeni çıxan albomu üçün konsert turları həyata keçirib (“Portals Tour”).

Melani Martines “Portals”dan üç sinql buraxıb: “Death”, “Void” və “Evil”. İlk ikisi Billboard Hot 100 musiqi cərgəsinə daxil olub. Albom ilk həftəsində 142,000 ədəd sataraq komersiya baxımından uğurlu nəticə göstərib.

Fon

Melani Martines 2019-cu ildə “K-12” albomunu özünün baş rol oynadığı eyniadlı filmlə birlikdə buraxıb.[2][3][4] Bundan bir il sonra o, 2020-ci ildə “After School” adlı mini-albomunu təqdim edib. Sənətçi elə həmin il bu yeni buraxılışını “K-12” albomuna daxil edərək delüks versiyası ortaya qoyub. Melani xüsusi olaraq qeyd etdi ki, bu yeni buraxılış “K-12” albomunun ümumi hekayə xətti ilə əlaqəli deyil, yəni musiqi vasitəsilə dedikləri hekayəyə töhfə vermir və ya daha da inkişaf etdirmir. İki il fasilə verən Melani Martines 2023-cü ilin fevralında bütün Instagram paylaşımlarını arxivləşdirməyə başlayıb.[5] Müğənni həmçinin Spotify-da yeni mahnısından on iki saniyəlik snippet buraxıb.[6]

2023-cü ilin fevral ayında Melani dumanlı meşədəki bir göbələyin görüntüləndiyi tizer videosunu paylaşıb. Göbələyin gövdəsinə “RIP Crybaby” ifadəsinin həkk olunduğu əks olunub. Arxa fonda isə yeni mahnısından qısa bir parça səslənir.[7] Melani Martines sosial media hesablarında ehtimal ki, yeni həyat və başlanğıcdan xəbər verən, “dölün inkişafı” və “yumurtadan çıxma” temalı qısa tizer videoları yerləşdirib.[8] Videoların birində Melani “çəhrayı pəri” libasında yumurtadan çıxır.[9] Melani bu müddət ərzində rəsmi veb-saytını da yeniləyib. O, yeni albomunu, onunla bağlı məhsullarla birlikdə əvvəlcədən sifariş üçün açıb.[10] “Portals” 31 mart 2023-cü il tarixində işıq üzü görüb.[11]

Tanıtım

Melani Martines albomun buraxılmasından bir neçə həftə əvvəl Cənubi Amerikada albomda yer alacaq mahnıkardan bəzilərini canlı olaraq səsləndirib. O, Cənubi Amerikanın hər üç Lollapalooza festivallarında,[12] həmçinin Festival Estereo Piknik[13]Santyaqoda solo şousunda çıxış etmişdir.[14]

Trek siyahısı

Standard buraxılış
Başlıq Müddət
1. Death 5:06
2. Void 4:07
3. Tunnel Vision 4:44
4. Faerie Soirée 2:43
5. Light Shower 4:27
6. Spider Web 3:03
7. Leeches 3:20
8. Battle of the Larynx 5:28
9. The Contortionist 3:20
10. Moon Cycle 2:32
11. Nymphology 5:06
12. Evil 4:06
13. Womb 3:31
Ümumi: 51:33
Apple Music buraxılışı (bonus video)[15]
Başlıq Müddət
14. The Hatching 1:01
52:34
Delüks buraxılış
Başlıq Müddət
14. Powder 3:58
15. Pluto 3:01
16. Milk of the Siren 4:25
62:57

Qeydlər

  • ^[a] əlavə prodüser göstərilib
  • "Nymphology" mahnısında 3:58-də gizli intermediya "Amulet" yer alıb.[16]

Buraxılış

Portals buraxılış tarixi və formatlar
Region Tarix Format(lar) Leybl Ref.
Qlobal 31 mart 2023
  • Rəqəmsal yükləmə
  • Striminq
  • CD
  • LP

İstinadlar

  1. Tracklist [tracklist]. "Melanie Martinez's upcoming album will be titled PORTALS" (Tweet). February 19, 2023. İstifadə tarixi: February 20, 2023.
  2. Gamboa, Glenn. "LI Sound: Melanie Martinez readying new album, movie". Newsday. May 23, 2019. May 23, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2019.
  3. Wass, Mike. "Film Review: Melanie Martinez's 'K-12' Is A Twisted Pop Musical". Idolator. September 4, 2019. March 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 7, 2021.
  4. Grunenburg, Kira. "Get Set for Something Special with Melanie Martinez's 'After School' EP". American singer-Songwriter. September 25, 2020. October 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 23, 2020.
  5. "Melanie Martinez Takes a Fresh Start After Cleaning Most of Her Instagram Photos". Latestly. February 19, 2023. March 11, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2023.
  6. "Melanie Martinez Gives a Glimpse of Her 2023 Single; Singer Releases 12 Seconds Audio of Her New Song on Spotify". Latestly. February 18, 2023. March 11, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 16, 2023.
  7. Our, Darwin. "Melanie Martinez Is Back and Better Than Ever". Glitter Magazine. February 22, 2023. March 11, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2023.
  8. Rivera, Kelsey. "A look into Melanie Martinez's alien-inspired new album 'Portals'". Diario AS. February 22, 2023. March 10, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2023.
  9. Mier, Tomás. "Melanie Martinez Transforms Into a Pink Creature for New Album 'Portals'". Yahoo! Sports. February 22, 2023. March 11, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2023.
  10. Krishnamurthy, Chaitra. "Melanie Martinez's merch featuring Portals album cover art is selling out". HITC. February 22, 2023. March 11, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2023.
  11. "Portals Lyric Reveal". Melanie Martinez Music. March 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 16, 2023.
  12. "Melanie Martinez looks terrifying at Lollapalooza Argentina | 103.5 KISS FM". The Fred Show (ingilis). April 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  13. Hernandez, Jeanette. "Estéreo Picnic Festival's Lineup Just Dropped & It's Epic". Remezcla (ingilis). 2022-10-11. April 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  14. "¿Quedan entradas? Melanie Martínez llega con toda su música al sideshow de Lollapalooza". RedGol (ispan). April 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  15. Martinez, Melanie. "Portals". Apple Music (US). March 31, 2023. February 24, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2023.
  16. "[Part 2: AMULET]". Genius. April 5, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.