K-12 (film)

K-12Melani Martines və Alissa Torvinenin birlikdə rejissorluğu ilə çəkilmiş 2019-cu il musiqili, fentezi, qorxu filmi. Əsas rollarda Melani Martines, Emma Harvi, Sion Moreno, Meqan Qeyc, Zinnett Hendriks, Kesi Makkinni, Marsalis Vilson və Meqqi Budzina çəkilib. Film Cry Baby (Melani Martines) və rəfiqəsi Anjelitanın (Emma Harvi) amansız məktəb sistemi olan K-12-ni məhv etməsindən bəhs edir.

K-12
Janr fentezi filmi[d], qorxu filmi, musiqili film
Rejissorlar Melani Martines
Alissa Torvinen
Prodüserlər Ues Teşome
Fil Botti
Tayler Zelinski
Kimberli Stakviş
Alissa Torvinen
Qerqerli Varqa
Ssenari müəllifi Melani Martines
Baş rollarda Melani Martines
Emma Harvi
Sion Moreno
Meqan Qeyc
Zinnett Hendriks
Vesi MakKinni
Marsalis Uilson
Meqqi Budzina
Bəstəkarlar Melani Martines
Maykl Kinan
İstehsalçılar Little Ugly Productions
Frame 48
Distribütorlar Abramorama (Şimali Amerika)
Atlantic Records (Beynəlxalq)
İlk baxış tarixi 3 sentyabr 2019 (Los-Anceles)
5 sentyabr 2019 (seçilmiş teatrlarda)
6 sentyabr 2019
Müddət 92 dəqiqə
Büdcə $5–6 milyon
Gəlir $359,377
Ölkə ABŞ
Dil ingilis dili
IMDb ID10521814

“K-12” seçilmiş kinoteatrlarda yalnız bir gün 5 sentyabr 2019-cu ildə nümayiş etdirilmişdir. Rəsmi olaraq 6 sentyabr 2019-cu ildə Şimali Amerika ərazilərində Abramorama, beynəlxalq miqyasda isə Atlantic Records tərəfindən YouTube üzərindən buraxılıb. Film həm tənqidçilərdən, həm də pərəstişkarlardan müsbət rəylər toplayıb. Filmin mövzuları və mahnıları bəyənilsə də, senarisi, aktyorluq performansı və xüsusi effektləri yaxşı qarşılanmamışdır.


Cry Baby və Angelita məktəb
avtobusunda.

Cry Baby, K-12 məktəbindəki ilk gününə hazırlaşmaq üçün oyanır və gecə gördüyü kabusdan danışır. O, ən yaxın rəfiqəsi Anjelita ilə məktəb avtobusuna minir, burada sinif yoldaşları tərəfindən əzab-əziyyətə məruz qalır ("Wheels on the Bus" – azərb. "Avtobusda təkərlər"‎). Avtobus birdən idarəetməni itirib suya düşəndə, Cry Baby və Anjelita güclərini işə salaraq avtobusu göyə qaldırır və K-12-nin yaxınlığına endirirlər.

Cry Baby və Anjelita dərsə gecikib sinfə daxil olanda şagirdlərin sədaqət andı içmək üçün ayağa qalxdıqlarını görürlər. Henri adlı oğlan bunu etməyə etiraz edəndə müəllim tərəfindən zorla oradan uzaqlaşdırılır. Dərs zamanı populyar, lakin insafsız qız olan Kelli, Cry Baby-ni öz sevgilisi Brendenla danışdığını görəndə onu qısqanmağa başlayır. Kelli dərs zamanı Cry Baby-nin masasına bir dəst kağız atır. Bu vərəqdə "tənəffüsdə görəcəksən" kimi hədələyici mesaj yazır. Anjelita Cry Baby-yə onunla saçyolduya çıxarkən fövqəltəbii gücündən istifadə etməsini məsləhət görür. Cry Baby bunun biclik olacağını düşündüyü üçün belə etməməyi seçir. Anjelita onu razı salır və Cry Baby anasına zəng vurur. Anası sərxoş halda huşunu itirdiyinə görə zəngi cavabsız qoyur. Cry Baby daha sonra anası və ölən atası haqqında danışmağa başlayır. ("Class Fight" – azərb. "Sinif davası"‎). Kelli Cry Baby-nin Brendonla yenidən danışdığını görən zaman onun arxasınca qaçır və onu vurmağa başlayır. Döyüş zamanı Cry Baby güclərini işə salır, bu da onun və Kellinin havaya qalxmasına səbəb olur. Cry Baby saçının hörükləri ilə Kellini boğmağa başlayır. Bunu görən Miss Dafni onlara müdaxilə edir, hər ikisininin qulağından tutub dərhal direktorun yanına aparır.

Direktor otağında transgender müəllim Miss Harperi danlayır və onu işdən qovur. Bu zaman Cry Baby direktorun şagirdləri idarə etmək üçün onlara məcbur dərman qəbul etdirdiyini öyrənir. O, direktoru qəddar davranışına görə telefonla tənqid edir. Ardınca güclərindən istifadə edərək onun içkisinə zəhər qatır. Lakin direktor zəhərləndikdən qısa müddət sonra sağalır ("The Principal" – azərb. "Direktor"‎). Cry Baby dərsə gecikir və marionet kuklaya çevrilir ("Show & Tell" – azərb. "Göstər və danış"‎). Bundan sonra o, tibb bacısının kabinetinə göndərilir. Anjelita onu tapır və normal vəziyyətinə qaytarır. Tibb bacıları onları görəndə hər ikisini saxlayaraq zorla dərman içirir ("Nurse's Office" – azərb. "Tibb bacısının kabineti"‎). Onları qapıda peyda olan mələk ruhlu bələdçi Lilit xilas edir. Bu xanım onlara K-12-də qalmalı olduqlarını və ölməz varlıqlar olduqlarını söyləyir. Cry Baby və Anjelita bundan sonra məktəbdə dolaşarkən bal zalında rəqs edən ruhlar ilə qarşılaşırlar. Onlar ruhların hücum etdiyini görəndə qorxub sinif otağına qaçırlar.

Teatr dərsində Cry Baby-yə evdar qadın rolu verilir və o, məişət rolu təyin edilməməsini xahiş edir. Bunu eşidənlər ona gülür ("Drama Club" – azərb. "Teatr klubu"‎). Məktəb tədbiri zamanı Cry Baby güclərindən istifadə edir və tamaşaçıları beyinləri yuyulmuş vəziyyətdən oyandırır. Cry Baby və Anjelita şagirdləri direktorun kabinetinə göndərir, burada direktor qətlə yetirilir. Direktoru dəfn etdikdən sonra Cry Baby və Anjelita eyni güclərə malik olan dostları Selest ilə tanış olurlar. Cry Baby soyunub-geyinmə otağında və məktəb hovuzunda göstərilir, o, bədənin əşyalaşdırılması, təcavüz mədəniyyəti və qurbanın günahlandırılması kimi məsələlərə toxunur. O, tortun üstündə çılpaq dayanır, burada oğlanlar ona yaxınlaşıb tortun parçalarını götürüb yeyirlər ("Strawberry Shortcake" – azərb. "Çiyələkli tort"‎).

Nahar vaxtı Kelli Cry Baby-ni yemək masasına aparır. Cry Baby onunla dostluq etmək istəmədiyini bildirir. Bundan sonra Kelli ondan ayrılıb Maqnoliya adlı bir qızla ("Lunchbox Friends" – azərb. "Nahar qutusu yoldaşları"‎) dostluq edir. Cry Baby və yoldaşları Kellinin rəfiqəsi Fleurun da onlar kimi güclərə sahib olduğunu görür. Onu Kellidən ayırmaq üçün bufetdə yemək davası açırlar, lakin bunu görən Kelli Fleuru otaqdan çıxarır. Cry Baby Fleurun ardınca vanna otağına gedir və onun bulimiya xəstəliyindən əziyyət çəkdiyini öyrənir. Onun Fleura yazığı gəlir və ikisi dost olurlar ("Orange Juice" – azərb. "Portağal şirəsi"‎). Kelli direktorun oğlu Leoya bufetdə olanları xəbərlədikdən sonra Cry Baby cəza çəkmə otağına göndərilir. Onun gücləri zəifləyir, lakin o, Leonu manipulyasiya edərək oradan qurtulur ("Detention" – azərb. "Cəza otağı"‎).

Ben adlı oğlan anonim sevgi məktubunu Cry Baby-nin şkafına yerləşdirir. Qızlar məktəbi dağıtmaq üçün plan hazırlayırlar və Leo bunu kamera görüntüləri ilə öyrənir. Anjelita və onun biologiya müəllimi flört etməyə başlayır. Dərs bitdikidən sonra müəllim onu kiçildir və disseksiya etməyə çalışır. Cry Baby onu dayandırır və Anjelitanı normal ölçüsünə qaytarır, burada onlar müəllimdən qisas alıb onu öldürürlər ("Teacher's Pet" – azərb. "Müəllimin göz bəbəyi"‎). Cry Baby onu olduğu kimi sevən partnyoru üçün sevgisini ifadə edir ("High School Sweethearts" – azərb. "Məktəb məşuqları"‎).

Ben Cry Baby-ni məktəb rəqsinə dəvət etməyə hazırlaşır, lakin Leo araya qarışıb onun planını pozur. Leo yalandan Cry Baby-yə sevgi məktubunu özü yazdığını deyir. Leo onu rəqsə dəvət edir və Cry Baby məmnuniyyətlə qəbul edir. Cry Baby rəqs etməyə gələndə qızlar buna çox təəccüblənir. Onlar Cry Baby-nin Leonun təklifini qəbul etməsi ilə razılaşmırlar. Cry Baby planı alt-üst etdiyini başa düşüb, özünə əsəbiləşərək çıxıb gedir. Səsucaldan vasitəsi ilə danışan Leo hər şeydən xəbərdar olduğunu bildirirş. O, şagirdləri otaqda çıxılmaz vəziyyətə salır. Burada onlar tilsimlənərək rəqs etməyə məcbur qalır. ("Recess" – azərb. "Tənəffüs"‎). Cry Baby özünü Lorelay adlı qadın kimi gizlədir və Leonu aldadaraq onu şkafda kilidləyir. O, səsucaldan vasitəsilə şagirdlərə məktəbi evakuasiya etməyi əmr edir və Kellidən başqa hamı qaçır.

Cry Baby qaçmağa çalışanda Ben ona yaxınlaşıb məktubu o yazdığını etiraf edir. Burada tüpürcək qabarcığı şişirtməyə qərar verirlər. Şar havaya qalxanda onlar aşağı tullanırlar, lakin Leo qurtula bilmir. Qızlar aşağıdan məktəbin partlamasını və Cry Baby-nin Benin yanağından öpməsini izləyirlər. Lilit uzaqda yenidən peyda olur, hamısı evə qayıtmaq üçün onun darvazasına qaçırlar. Qızlar içəri girən kimi Cry Baby ətrafa baxır və tərəddüd edir və film sona çatır.

  • Melani Martines – Cry Baby
  • Emma Harvi – Anjelita
  • Sion Moreno – Fleur
  • Megan Gage – Selest
  • Zinnett Hendrix – Magnolia
  • Jesy McKinney – Leo
  • Marsalis Wilson – Ben
  • Maggie Budzyna – Kelly
  • Bence Balogh – Jason
  • Vilmos Heim – Brendon
  • Alissa Torvinen – Ghost Girl
  • Kate O'Donnell – Ms. Harper
  • Balázs Csémy – Dean
  • Natalia Toth – Lucy
  • Joel Francis-Williams – Henry
  • Zacky Agama – Thomas
  • Olga Kovács – Ms. Penelope
  • Kimesha Campbell – Lilith
  • Katie Sheridan – Lorelai
  • Toby Edington – The Principal
  • Anne Wittman – Ms. Daphne
  • Scott Young – Mr. Cornwell
  • Quei Tann
  • Laurka Lanczki – Holly
  • Ágota Dunai – Rachel
  • Rebeka Peter – Chloe
  • Genesis Ilada
  • Samantha Lepre
  • Kendy Cruz

Martines 2017-ci ildə Billboard-a verdiyi müsahibədə o zaman adı olmayan ikinci studiya albomunun bitdiyini və onun həm yazıb həm də rejissoru olduğu bir filmlə müşayiət olunacağını bildirdi. O həmçinin dedi: "növbəti albomda hər bir mahnı klipi bir yerdə olacaq, on üçünün hamısı, aralarında dialoq və onların hamısını birləşdirən başqa bir şey olacaq".[1][2] Filmin nümayişindən sonra Martines, 2019-cu ildə verdiyi müsahibədə filmi məktəbi "həyatın qısaldılmış versiyası" kimi təsvir etmək üçün çəkdiyini bildirdi. O, uşaqikən başına gələn qısnamanı filmə qatdı.[3]

Filmin istehsalı

[redaktə | mənbəni redaktə et]

14 may 2018-ci ildə Martines film üçün kostyumları hazırlayacağını bildirdi. 9 sentyabr 2018-ci ildə o, film çəkilişləri üçün Avropanın bəzi yerlərini kəşf edəcəyini dedi. Filmin çəkilişləri 31 gün içərisində Macarıstanın Budapeşt şəhərindəki Esterhazada baş tutub.[4] 2 yanvar 2019-cu ildə Martines filmin montajına başladı. Martines filmin vizuallarına ilham mənbəyi kimi Mark Raydeni, Nicoletta Ceccolini, Jan Švankmajer-in 1988-ci ildə çəkdiyi "Alice" filmini və pop sürrealizmini göstərdi.[3][5]

15 may 2019-cu ildə ilk tizer,[6] 22 mayda ikinci,[7] 29 mayda isə buraxılış tarixi ilə üçüncü tizer buraxıldı.[8] 17 iyun 2019-cu ildə MTV Film Mükafatları zamanı "Nurse's Office" mahnısından bir parçadan ibarət televiziya reklamı yayımlandı.[9] 23 iyul 2019-cu ildə "Show & Tell" mahnısının snipettinin yer aldığı rəsmi treyler buraxıldı.[10]

Filmin premyerası 3 sentyabr 2019-cu ildə Los-Ancelesdə baş tutdu.[11] İki gün sonra, 5 sentyabrda Nyu-Yorkda AMC Empire 25-də ümumamerikan premyerası oldu, film eyni zamanda ölkənin seçilmiş kinoteatrlarında nümayiş olundu. Martines həmçinin filmi YouTube kanalında pulsuz təqdim etdi. Film onun YouTube kanalında nümayişi yayımlandığı gün Trend-də ikinci yeri tutdu.

K-12 ölkə daxilində 303,230 ABŞ dolları, xaricdə isə əlavə olaraq 56,147 ABŞ dolları gəlir əldə edərək dünya üzrə ümumi gəlirini 359,377 ABŞ dollarına çatdırdı.[12] Buraxıldığı gecə ölkə daxilində ən çox gəlir əldə edən 6-cı film oldu.

  1. Lipshutz, Jason. "Melanie Martinez Celebrates 'Cry Baby' Chart Success, Looks Ahead To Elaborate Album/Film Project". Billboard. 5 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2019.
  2. "LI's Melanie Martinez explores bold ideas in new movie". Newsday (ingilis). 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-01.
  3. 1 2 Melanie Martinez On The Creation Of 'K-12' & The Anti-Bullying Message Behind The Movie | PeopleTV (ingilis), 2022-05-04 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  4. Stokes, Alyson. "Melanie Martinez takes on her darkest vulnerabilities in 'K-12' film". Alternative Press. 6 September 2019. 8 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2019.
  5. K-12 (2019) | INTERVIEW with MELANIE MARTINEZ at the LA Premiere (ingilis), 2022-12-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  6. Melanie Martinez - K-12 (ingilis), 2019-05-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  7. Melanie Martinez - K-12 (Teaser 2) (ingilis), 2022-12-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  8. Melanie Martinez - K-12 (Teaser 3) (ingilis), 2022-12-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  9. Melanie Martinez - K-12 (TV Spot) (ingilis), 2022-11-13 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  10. Melanie Martinez - K-12 (Official Trailer) (ingilis), 2022-10-13 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  11. K-12 (2019) | INTERVIEW with MELANIE MARTINEZ at the LA Premiere (ingilis), 2022-12-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  12. "K-12 Box Office". Box Office Mojo. December 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]