Psilomelan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Psilomelan
Ümumi məlumatlar
Kateqoriya Mineral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Psilomelan — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Xassələri

Rəng – qara; Mineralın cizgisinin rəngi – qara parlaq; Parıltı – yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,7-4,8; Sərtlik – 5-6-dək; Kövrəkdir; Ayrılma – müşahidə edilmir; Sınıqlar – qeyri-hamar, qabıqlı, oolitlərdə – qınvarı; Morfologiya – Mineral aqreqatları: sıx incədənəli, gizlikristallik, torpaqvari (vad), böyrək - və salxımvari kütlələr, sızma əmələgəlmələr, oolitlər, təbəqəvari dendritlər, konsentrik-qınaoxşar quruluşlu konkresiyalar, qaysaqlar.

Mənşəyi və yayılması

Əsasən ekzogen şəraitdə əmələ gəlir. Çökmə manqan filizləri üçün səciyyəvidir. Manqanla zəngin süxurların aşınma qabıqlarında və manqan yataqlarının oksidləşmə zonalarında tez-tez rast gəlir. Az miqdarda hidrotermal damarlarda, həmçinin sualtı eksqalyasion - çökmə prosesinin məhsulu kimi qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pirolüzit, braunit, qausmannit, siderit, hötit, lepidokrokit, kalsit, kvars. Mineralın tapıldığı yerlər: Çiaturi (Gürcüstan); Nikopol (Ukrayna); Gessen, Valdalqesqeym (Almaniya); Naqpur (Hindistan) və b. Psilomelana Azərbaycanın əsas manqan filizi obyektlərindən – Molla-Cəlil və Elvor yataqlarından əlavə Şahbuz, Ordubad, Kəlbəcər, Şəmkir, Qazax rayonlarında yerləşən bəzi filiz təzahürlərində də rast gəlinir.

Tətbiqi

Mühüm manqan filizidir.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər