Qış sarayının Qızılı zalı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qızılı zal
A.Kolb, 1860
Zalın sarayın planında yeri

Qızılı zal (rus. Золотая гостиная) - Sankt-Peterburqdakı Qış sarayının cənub-qərb tərəfində yerləşən dəbdəbəli qonaq otağıdır.

Tarixi

Qızılı zal XIX əsrin 30-40-cı illərində memar Aleksandr Brulyov [1] tərəfindən, sonradan imperatriça olmuş böyük knyaginya Mariya Aleksandrovna üçün layihələndirilmiş və inşa edilmişdir.

1 mart 1881-ci ildə II Aleksandrın öldürülməsindən sonra başlamış Rusiya üçün faciəvi olan günlərdə III Aleksandr məhz bu zalda Dövlət Sovetinin seçilmiş nümayəndələri ilə konstitusiyanın və islahatların taleyini müzakirə etmişdir.

Memarlıq xüsusiyyətləri

İlk öncə zalın divarları və tavanı süni ağ mərmərlə örtülmüş qızılı rəng isə yalnız qabartma bəzəklər üçün istifadə olunmuşdur. 1840-cı illərdə memar Andrey Ştakenşneyderin layihəsi əsasında zalın görünüşü dəyişdirilmişdir. Zalın interyerinə mozaik şəkillər (E. Moderninin müəllifliyi ilə[1]) və barelyeflərlə bəzədilmiş yaşma sütunlar və mərmər daşlar əlavə edilmiş, qızıl suyuna çəkilmiş qapılar qoyulmuş və sarı-qəhvəyi şləməli parketlə döşənmişdir.

İstinadlar

  1. 1 2 The State Hermitage Museum

Ədəbiyyat

  • Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.