Qış sarayının bağları

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qış sarayının daxili həyətində salınmış bağ.

Qış sarayının bağları Avropanın digər hökmdar sarayları ilə müqayisədə məşhur deyildir və xüsusi dizaynı yoxdur. Çünki, çar və ailəsinin yaşayış yeri olan saray, əyləncə və istirahət məkanı kimi yox, güc və qüvvət simvolu kimi nəzərdə tutulmuşdu.

Şimaldan Neva çayı, cənubda isə Saray meydanı ilə əhatə olunmuş Qış sarayı ətrafənda bağ salınması üçün xüsusi yer də yox idi; lakin, Rusiyanın son iki imperatriçası əvvəl asfaltla döşənmiş kiçik saray ərazisində kiçik bağlar saldırmışdılar.

1885-ci ildə III Aleksandrın həyat yoldaşı, Çaria Mariya Fyodorovna sarayın əvvəl asfaltla döşənmiş kimik həyətində bağ saldırmışdı. Bu bağ, sərbəst düzbucaqlı formasında dizayn edilmişdi. Qazon ağacları və kolları ilə bəzədilmiş bağdan Saray meydanına qapı açılır.

İkinci bağ 1896-cı ildə II Nikolayın xanımı, Qış sarayında XX əsrin əvvəlində qısa müddət ömür sürmüş Çariça Aleksandra Fyodorovna tərəfindən yaradılmışdır. O, sarayda yaşadığı zaman, insanların sarayın fasadına yaxınlaşa bildiklərini görmüş və bayırdan sarayın qərbində yerləşən şəxsi otaqlara boylanılmasını bəyənməmişdi. Həmçinin, çariça, övladlarının təhlükəsiz oynaya biləcəyi bir məkan olması arzusunda idi, buna görə də, saray həyətinin onun pəncərəsi olan hissəsində bağ yaradıldı. Yüksək divarlarla əhatə olunmuş bağ, Riqa şəhər bağları və parklarının direktoru, landşaft memarı Georq Kufaldın layihəsi əsasında salınmışdı.[1]

İstinadlar

  1. Kāvere, Anne. Rīgas dārzu arhitekts Georgs Kūfalts (Latvian). Riga: Jumava. 2007. 107–108. ISBN 978-9984-38-349-1. OCLC 191090541.

Xarici keçidlər