Qinzburq göydələni

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qinzburq göydələni
Xəritə
Ümumi məlumatlar
Növü Otel
Memarlıq üslubu modern
Ölkə
Koordinatlar 50°26′54″ şm. e. 30°31′39″ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qinzburq göydələni (ukr. Хмарочос Гінзбурга) və ya Qinzburq evi (ukr. Дім Гі́нзбурга) – Kiyevdə yerləşmiş 12 mərtəbəli, 67,5 metr hündürlüyündə göydələn. "Ukraynanın ilk göydələni" kimi tanınan bu bina 1912-ci ildə tamamlanmış və 1941-ci ildə dağıdılmışdır.

Tarixi

Göydələn 1910–1912-ci illərdə tikilmişdir. Tikili gəlir evi kimi istifadə olunurdu. Göydələndə 94 mənzil yerləşirdi və onların ən böyüyü 11 otaqlı idi. Ümumilikdə isə binada 500-ə yaxın otaq var idi.[1]

Qinzburq göydələninin birinci mərtəbələrində ticarət mərkəzi yerləşirdi. Binada Kiyevin panoramasına tamaşa etməyə imkan verən bir qüllə var idi.

1913-cü ilin payızında rəssam Oleksandr Muraşko göydələnin 12-ci mərtəbəsində eyni vaxtda 100-ə yaxın insanın təhsil aldığı "Oleksandr Muraşkonun sənət studiyası"nı açmışdır. Burada rəsm və rəngkarlıqla yanaşı, incəsənət tarixi və fəlsəfəsi haqqında da mühazirələr oxunurdu. Studiya 1917-ci ilə qədər fəaliyyət göstərmişdir.[2]

1918-ci ilin aprelində Ukrayna Xalq Respublikasının 6 zabitdən ibarət fransız hərbi missiyası bu binada yerləşirdi.[3]

Bina 1929-cu ildə eksperimental sovet filmi olan "Kinokameralı adam " filminin çəkilişində istifadə edilmişdir. Filmdə qüllənin və göydələnin daxili həyətindən səhnələr görmək mümkündür.

Göydələn 24 sentyabr 1941-ci ildə Almaniyanın Rusiya işğalı zamanı SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən uçurulmuş, 1950-ci illərin əvvəllərində isə bünövrəsinin sökülməsi ilə tamamilə dağıdılmışdır.[4][5] 1954–1961-ci illərdə Qinzburq göydələninin yerində Moskva hoteli (2001-ci ildən "Ukrayna" hoteli) tikilmişdir.

Qalereya

İstinadlar

  1. "Первый небоскреб". www.socmart.com.ua. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  2. "КАРУСЕЛЬ... ОЛЕКСАНДР МУРАШКО — ХУДОЖНИК КОЛЬОРУ". Зеркало недели | Дзеркало тижня | Mirror Weekly. 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  3. "Битва за Украину: как Антанта уступила УНР Германии". hvylya.net (rus). 2015-01-27. 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  4. admin. "Секретный Киев: Небоскреб Гинзбурга | Заметкин" (rus). 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  5. "Wayback Machine". web.archive.org. 2009-01-29. 2009-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.

Xarici keçidlər