Qinzburq göydələni (ukr. Хмарочос Гінзбурга) və ya Qinzburq evi (ukr. Дім Гі́нзбурга) – Kiyevdə yerləşmiş 12 mərtəbəli, 67,5 metr hündürlüyündə göydələn. "Ukraynanın ilk göydələni" kimi tanınan bu bina 1912-ci ildə tamamlanmış və 1941-ci ildə dağıdılmışdır.
Qinzburq göydələni | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Otel |
Memarlıq üslubu | modern |
Ölkə | |
Koordinatlar | 50°26′54″ şm. e. 30°31′39″ ş. u. |
Vikianbarda əlaqəli mediafayllar |
Göydələn 1910–1912-ci illərdə tikilmişdir. Tikili gəlir evi kimi istifadə olunurdu. Göydələndə 94 mənzil yerləşirdi və onların ən böyüyü 11 otaqlı idi. Ümumilikdə isə binada 500-ə yaxın otaq var idi.[1]
Qinzburq göydələninin birinci mərtəbələrində ticarət mərkəzi yerləşirdi. Binada Kiyevin panoramasına tamaşa etməyə imkan verən bir qüllə var idi.
1913-cü ilin payızında rəssam Oleksandr Muraşko göydələnin 12-ci mərtəbəsində eyni vaxtda 100-ə yaxın insanın təhsil aldığı "Oleksandr Muraşkonun sənət studiyası"nı açmışdır. Burada rəsm və rəngkarlıqla yanaşı, incəsənət tarixi və fəlsəfəsi haqqında da mühazirələr oxunurdu. Studiya 1917-ci ilə qədər fəaliyyət göstərmişdir.[2]
1918-ci ilin aprelində Ukrayna Xalq Respublikasının 6 zabitdən ibarət fransız hərbi missiyası bu binada yerləşirdi.[3]
Bina 1929-cu ildə eksperimental sovet filmi olan "Kinokameralı adam " filminin çəkilişində istifadə edilmişdir. Filmdə qüllənin və göydələnin daxili həyətindən səhnələr görmək mümkündür.
Göydələn 24 sentyabr 1941-ci ildə Almaniyanın Rusiya işğalı zamanı SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən uçurulmuş, 1950-ci illərin əvvəllərində isə bünövrəsinin sökülməsi ilə tamamilə dağıdılmışdır.[4][5] 1954–1961-ci illərdə Qinzburq göydələninin yerində Moskva hoteli (2001-ci ildən "Ukrayna" hoteli) tikilmişdir.