Qoşaqışlaq (Əzizbəyov)
Qoşaqışlaq | |
---|---|
40°25′22″ şm. e. 50°15′56″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Qoşaqışlaq — Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbə inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Qoşaqışlaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.[1]
Toponimikası
Kəndin digər adı Aşağıqışlaqdır. Kənd salındığı ərazinin (Qoşaqışlaq) adını daşıyır. Bu ərazidə əvvəllar Bakı kəndlərinə məxsus qışlaq yeri olmuşdur.[2]
Tarixi
Tarixi abidələri
Qoşaqışlaq kəndi və daş karxanası arasında e.ə. III-e.ə.II minilliklərə aid kurqanlar var. Qoşaqışlaq kəndində e.ə. III minilliyə aid yaşayış yeri vardır.
Coğrafiyası və iqlimi
Əhalisi
İqtisadiyyatı
Vətən Müharibəsi Şəhidləri və Veteranları
QoşaQışlaq kəndi 1-ci Qarabağ Müharibəsində 3 Şəhid vermişdir.
- Balazairov Mikayıl Ağayusif oğlu (1971-1992)
- Əliyev Rauf Cahan oğlu (1971-1992)
- Hüseynov Şahid Güləhməd oğlu (1971-1993)
QoşaQışlaq Şəhidlərindən Hüseynov Şahidin wikipedia səhifəsindən götürülmüş şəkili göstəririk
Veteranlar
- Əkbərov Həsən (Qazi)
- Səttarov Anar
- Abdullayev Namik
- Məmmədov Asif
- Dadaşov Ağarza
Qalereya
Mədəniyyəti
QoşaQışlaq kəndi Kurqanlar, Qayaüstü rəsmlər, Mağaralar, Quyular, Tağ evlər kimi tarixi abidələr ilə zəngin ərazidir.
İlk Tunc dövrünə aid Mağaradan Fotolar
Təhsil
QoşaQışlaq kəndi ərazisində 60 yerlik 2 saylı uşaq bağçası[3] və 200 nəfərlik şagird tutumu olan 122 nömrəli orta məktəb[4] fəaliyyət göstərir
Din
Səhiyyə
İstinadlar
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Qoşaqışlaq (Əzizbəyov) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ "Zirə qəsəbəsində 2 saylı uşaq bağçası". heydar-aliyev-foundation.org (az.). İstifadə tarixi: 2023-05-25.
- ↑ "Facebooka daxil ol". Facebook (az.). 1998-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-25.
Xarici keçidlər
Həmçinin bax
Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |