Türkan

TürkanAzərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Türkan qəsəbəsi Bakı şəhərindən 35 km aralıda yerləşir.

Türkan
40°21′43″ şm. e. 50°13′02″ ş. u.HGYO
Ölkə
Rayon Xəzər
Tarixi və coğrafiyası
Sahəsi 40,22 kv.km
Saat qurşağı
Əhalisi
Əhalisi 12.684 nəfər (2020)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1056
Xəritəni göstər/gizlə
Türkan xəritədə
Türkan
Türkan

Zirə, Hövsan, Qala kəndləri ilə qonşudur.

Monqolların Azərbaycana hücumundan əvvəl Türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar. O zamanlar türkmənlər sadəcə olaraq Türkan adı ilə məşhur idilər. Bu tayfaların bəziləri Xəzərin qərb sahillərinə daimi məskən salmışlar və Türkan kəndinin adı da bu yerlərdə yaşamış türkmənlərin adı ilə bağlıdır[1].

Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır.[mənbə göstərin]

Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir.[mənbə göstərin]

1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.[2]

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən Türkan qəsəbəsinin 11.3 min nəfər əhalisi vardır.[3]

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2020-ci il tarixinə olan rəsmi məlumatına əsasən Türkan qəsəbəsinin 12684 nəfər əhalisi vardır.[4]

İnfrastrukturu

[redaktə | mənbəni redaktə et]

Türkan qəsəbəsində 262, 256 və 119 saylı üç tam orta məktəb və 6 nömrəli internat məktəbi fəaliyyət göstərir. Qəsəbə ərazisində bir poliklinika vardır.

Əhalinin dolanışığı

[redaktə | mənbəni redaktə et]

Əhali əsasən əkinçilik və Türkanda olan daş karxanalarında işləməklə dolanır. Əkinçiliyin monopoliyalaşdığı və daş karxanalarının fəaliyyətinin zəiflədiyi bu dövrlərdə, kənd əhalisinin dolanışıq vəziyyəti çətinləşib. Kənddə uzun illərdən bəri avtobus/marşurut problemi vardır, kəndə gediş-gəliş çətindir. Kəndin dəniz kənarı torpaq hissələri məmurlar və digər varlılar tərəfindən hasara alınaraq özəlləşdirdiliyi üçün kənd əhalisinin qədim məşğuliyyətlərindən biri olan dəniz kənarı bostançılıq zəifləyib.

Görkəmli şəxslər

[redaktə | mənbəni redaktə et]
  1. Ağaxan Abdullayev
  2. Zamiq Əliyev
  1. "Azərtac". 13.04.2020.
  2. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 3 [ölü keçid]
  3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2012-06-26 at the Wayback Machine (min nəfər)
  4. "Xəzər rayonunda demoqrafik vəziyyət". 01.01.2020. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.