Qoşaqışlaq (Əzizbəyov)

Qoşaqışlaq — Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbə inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Qoşaqışlaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.[1]

Qoşaqışlaq
40°25′22″ şm. e. 50°15′56″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qoşaqışlaq xəritədə
Qoşaqışlaq
Qoşaqışlaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin digər adı Aşağıqışlaqdır. Kənd salındığı ərazinin (Qoşaqışlaq) adını daşıyır. Bu ərazidə əvvəllar Bakı kəndlərinə məxsus qışlaq yeri olmuşdur.[2]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Qoşaqışlaq kəndi və daş karxanası arasında e.ə. III-e.ə.II minilliklərə aid kurqanlar var. Qoşaqışlaq kəndində e.ə. III minilliyə aid yaşayış yeri vardır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

QoşaQışlaq kəndi Kurqanlar, Qayaüstü rəsmlər, Mağaralar, Quyular, Tağ evlər kimi tarixi abidələr ilə zəngin ərazidir.

İlk Tunc Dövrünə aid Mağara

İlk Tunc dövrünə aid Mağaradan Fotolar

Mağaranın Girişi
Qayaüstü rəsm
Qayaüstü rəsm

QoşaQışlaq kəndi ərazisində 60 yerlik 2 saylı uşaq bağçası[3] və 200 nəfərlik şagird tutumu olan 122 nömrəli orta məktəb[4] fəaliyyət göstərir

2 saylı Bağça
2 saylı bağça
122 Nömrəli Orta Məktəb
Səhiyyə məntəqəsi
  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  2. Qoşaqışlaq (Əzizbəyov) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. "Zirə qəsəbəsində 2 saylı uşaq bağçası". heydar-aliyev-foundation.org (az.). İstifadə tarixi: 2023-05-25.
  4. "Facebooka daxil ol". Facebook (az.). 1998-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]