Qozbel zanbaqca

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qozbel zanbaqca
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qozbel zanbaqca (lat. Fritillaria gibbosa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.

Sinonimləri

Qısa morfoloji təsviri

Soğanaqlı, çoxillik ot bitkisidir. Soğanaq açıq-pulcuqlu, kürəşəkillidir. Gövdə 8-20 sm hündürlükdə, yarpaqlar çılpaq, aşağı yarpaqlar qarşı-qarşıya, yuxarı yarpaqlar növbəli yerləşmişdir, ensiz, xətvari, sivridir. Çiçəkləri salxım çiçək qrupunda toplanıb, uc hissədə yerləşir. Çiçəkyanlığı 12- uzunluğunda, 7- enində, bənövşəyi rəngli, tünd-bənövşəyi damarlı, qaidəsi tünd-ləkəli, yumurtavari ovalşəkillidir. Tozluq bənöşəyi, mavi, qutucuq aztillidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə aprel, meyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə  çoxalır. Quru, daşlı, gilli-çınqıllı yamaclarda yayılmışdır. Kseromezofitdir. Geofit bəzək bitkisidir.

Yayılması

Naxçıvan düzənliyində Şahtaxtı, Duzdağ, Nehrəm ətrafı, Dərəşam və Darıdağ, Əlincəçay vadisində yayılmışdır.

Sayı və tendensiyası

Populyasiya az rast gəlinir. Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.

Məhdudlaşdırıcı amillər

Antropogen (əhali tərəfindən yığılması) və zoogen amillər.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir.

İstinadlar

Həmçinin bax