Quido Verbek

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Quido Verbek
Doğum tarixi 28 yanvar 1830(1830-01-28)
Doğum yeri
Vəfat tarixi 10 may 1898(1898-05-10) (68 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Aoyama qəbiristanlığı[d]
Fəaliyyəti maarifçi, missioner
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Quido Herman Fridolin Verbek (nid. Guido Herman Fridolin Verbeck; 28 yanvar 1830, Zeyst[d], Utrext10 may 1898, Tokio[d]) – Yaponiyada fəaliyyət göstərmiş holland missioner. Meyci hökumətinin məsləhətçilərindən biri olmuşdur.

Həyatı

Quido Verbek 1830-cu ildə Niderlandda doğulmuşdur.[1] O, 1859-cu ildə Holland Reformist Kilsəsi tərəfindən Yaponiyaya göndərilmişdir.[1] Yaponiyada dini fəaliyyətlər ilə yanaşı ingilis dili, sosial elmlər və Qərb texnologiyasını tədris etməklə məşğul olmuşdur.[1] İto Hirobumi, Okubo Toşimiçi, Okuma Şiqenobu, Soecima Taneomi kimi tələbələri Meyci hökumətinin əhəmiyyətli şəxsləri olmuşdur.[1] 1869-cu ildə Okumanın məsləhəti ilə Tokioya getmiş və müasir Tokio Universitetinin sələfi olan tədris müəssisəsində köməkçi başçı vəzifəsinə təyin olunmuşdur.[1] O, yeni hökumətin etibarlı məsləhətçilərindən biri olmuşdur.[1]

Verbekin məsləhətləri əsasında Yaponiyada prefektura sistemi qurulmuş (1871), Qərb dünyasına İvakura missiyası göndərilmiş (1871), təhsil haqqında qanun (1872) və hərbi xidmət haqqında sərəncam (1873) qəbul edilmişdir.[1] David Murreyin 1873-cü ildə Təhsil Nazirliyinin məsləhətçisi seçildikdən sonra Verbek hüquq məsləhətçisi və hüquq məcəllələrinin rəsmi tərcüməçisi kimi işləmişdir.[1] 1877-ci ildə hökuməti tərk etmiş və həyatının qalan hissəsini missionerliyə həsr etmişdir.[1]

Bibliyanın tərcüməsi

Verbek Bibliyanın yapon dilinə tərcümə edilməsində iştirak etmişdir.[2] O, 1880-ci ildə Zəburu fərdi olaraq tərcümə etmişdir.[2] Verbek Bibliyanı tərcümə etmək üçün 1882-ci ildə yaradılmış komitənin üzvü olmuşdur.[2] Komitənin görüşləri Verbekin Tsukicidə yerləşən evində baş tutmuşdur.[2]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 Kodansha Encyclopedia of Japan. səh. 189
  2. 1 2 3 4 Mullins, 2003. səh. 211

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 189-190. ISBN 0-87011-628-2. İstifadə tarixi: 13 avqust 2022.
  • Mullins, Mark, Handbook of Christianity in Japan, Brill, 2003, ISBN 90-04-13156-6