Rübabə Muradova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rübabə Muradova
Ümumi məlumatlar
Doğum adı Rübabə İşraqi
Doğum tarixi
Doğum yeri Ərdəbil, İran
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Yasamal qəbiristanlığı
Vətəndaşlığı İran İran
SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1954—1983
Janr opera
Musiqi aləti vokal
Səs tembri messosoprano
Təhsili
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1971 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1956
"Şərəf nişanı" ordeni — 1959
Heydərbabaya salam

Rübabə Xəlil qızı Muradova (22 mart 1933[1], اردبیل28 avqust 1983, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971).

Həyatı

Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur, amma onun şəxsi həyatı uğurlu olmur. O anasını itirdikdən sonra siqaret və içkiyə qoşanır. Bilindiyinə görə Rübabə Muradova Leyli və Məncnun operasında Leyli obrazını canlandırarkən o içkili olub və pis sözlərdən işlədib. O içkiyə səbəbindən "qaraciyər serozu" xəstəliyini tapır.

28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

Əsas partiyaları: Leyli ("Leyli və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Üzeyir Hacıbəyov), Xanəndə qız ("Koroğlu" — Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl" – Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova).

Mükafatları

Filmoqrafiya

Mənbə

  • Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. səh. 154. ISBN 978-9952-34-075-4.
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN 5-86874-179-X.

İstinadlar

Xarici keçidlər