Ələsgər Ələkbərov (aktyor)

Ələsgər Ələkbərov (26 mart 1910, Bakı31 yanvar 1963, Bakı) — Azərbaycan teatr və kino aktyoru,[1] Azərbaycan SSR xalq artisti (1940), SSRİ xalq artisti (1961), SSRİ Ali Sovetinin VI çağırış deputatı.[2]

Ələsgər Ələkbərov
Doğum adı Ələsgər Hacıağa oğlu Ələkbərov
Doğum tarixi 26 mart 1910(1910-03-26)
Doğum yeri
Vəfat tarixi 31 yanvar 1963(1963-01-31) (52 yaşında)
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı
Fəaliyyəti teatr aktyoru, kino aktyoru, siyasətçi
Fəaliyyət illəri 1924-cü ildən
Təhsili
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
SSRİ xalq artisti Azərbaycan SSR xalq artisti Azərbaycan SSR əməkdar artisti Azərbaycan SSR Dövlət mükafatı
IMDb ID0017872
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Ələkbərov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.

Poçt markası (2010).

Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.

31 yanvar 1963-cü ildə vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz — Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Teatr səhnəsindəki rolları

[redaktə | mənbəni redaktə et]
Ələsgər Ələkbərov Makduf rolunda

Fətəli xan (film, 1947)
Ələsgər Ələkbərov
Fətəli xan rolunda (sağda)

"Lətif" filmindən kadr
  • ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
  • Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust.
  • Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 22 avqust.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16.
  • [1]
  • "Səhnəmizin Vaqifi, kinomuzun Rüstəm kişisi" //Kaspi.- 2011.- 4 iyun.
  1. Əsgərov, H. Sənətkar imzasının işığı: Ələsgər Ələkbərov – 105: [Xalq artisti haqqında] //Mədəniyyət.- 2015.- 13 may.- S.12.
  2. "Zaman sərhədi tanımayan sənətkar": [Xalq artisti Ələsgər Ələkbərovun anadan olmasının105 illiyi münasibətilə] //Ekran-efir.- 2015.- 3 aprel.- S.4.
  3. "Ələsgər Ələkbərov". portal.azertag.az (az.). İstifadə tarixi: 2022-09-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

İzlə sayt YouTube
"Ölümlərlə" ölməzlik qazanan aktyor
O, səhnədə daim canlı və cazibəli idi Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
Ələsgər Ələkbərov