Rafael Leao

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rafael Leao
port. Rafael Leão
Ümumi məlumatlar
Doğum tarixi 10 iyun 1999(1999-06-10)[1] (24 yaş)
Vətəndaşlığı
Boyu 1,88 m
Çəkisi 81 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rafael Aleksandre Konseysau Leao (port. Rafael Alexandre Conceição Leão , 10 iyun 1999[1]) — Portuqaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və Portuqaliya milli komandasında çıxış edir. Futbolçu əsasən cinah hücumçusu və sol cinah vingeri kimi çıxış edir.

Klub karyerası

Leao Lissabon şəhərini təmsil edən "Sportinq" klubunun yetirməsidir. Öncə "Sportinq"in B komandasında oynayan futbolçunun "Sportinq"in B komandasının heyətində debütu, 21 may 2017-ci il tarixində, Portuqaliya Sequnda Liqasında "Braqa" klubunun ikinci komandasına qarşı oyunda baş verir.[2]

Futbolçu 11 fevral 2018-ci ildə "Feirense" klubu ilə oyunun ikinci yarısında Brayan Ruizi əvəzləyərək Portuqaliya çempionatında debüt edir. 2018-ci il martın 2-də "Porto" klubu ilə oyunda Rafael "Sportinq"in heyətində ilk qolunu vurur .

2018-ci ilin yayında Leao Fransanın "Lill" klubuna keçir. Debüt mövsümündə Leao 24 oyun keçirib və səkkiz qol vurub.

2019-cu ilin yayında, "Lill" ilə kifayət qədər uğurlu mövsümdən sonra, "Milan" klubu oyunçu ilə maraqlanmağa başlayır. Tərəflər futbolçunun 30 milyon avroya İtaliya komandasına transferi ilə bağlı razılığa gəlirlər. Rafael yeni klubunda mövsümə 2 milyon avro maaş ilə 5 illik müqavilə imzalayır. Transfer rəsmi olaraq 2019-cu il avqustun 1-də həyata keçirilir .

20 dekabr 2020-ci ildə "Sassuolo" ilə matçın 7-ci saniyəsində vurduğu qolla İtaliya futbol çempionatının yeni rekorda imza atır.

Milli komanda karyerası

2016-cı ildə Leao Portuqaliya gənclər komandasının tərkibində Azərbaycanda keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb. Burada o Şotlandiya, Belçika, Avstriya və İspaniya ilə oyunlarda iştirak edir.

2017-ci ildə Portuqaliya gənclər komandası ilə Leao Gürcüstanda keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanır. Futbolçu burada Çexiya, İsveç, Hollandiya və İngiltərə komandaları ilə görüşlərdə meydanda olur. İsveçlilərlə oyunda futbolçu qol vurur.

Uğurları[3]

Klub

Portuqaliya Sportinq

  • Portuqaliya Liqa Kuboku
    • Qalib (1): 2017/18

İtaliya Milan

Fərdi

  • Milanda ilin oyunçusu
    • Qalib (1): 2021/22

Milli

Portuqaliya Portuqaliya U-17

  • U-17 Avropa Çempionatı
    • Qalib (1): 2016

İstinadlar

  1. 1 2 Rafael Leão // Transfermarkt (çd.). 2000.
  2. "Sprotinq Braqa II 1-1 Sportinq CP II". soccerway.com (ingilis). 2018-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2022.
  3. Rafael Leao — Uğurları Arxivləşdirilib 2023-01-02 at the Wayback Machine Transfermarkt  (ing.)

Linklər