Alessandro Florenzi(11 mart 1991[1][2][…], Roma) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubu və İtaliya milli komandasında müdafiəçi kimi çıxış edir.
Alessandro Florenzi | |
---|---|
it. Alessandro Florenzi | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 mart 1991[1][2][…] (33 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 173 sm[3] |
Çəkisi | 67 kq[3] |
Mövqeyi | yarımmüdafiəçi |
Klub haqqında məlumat | |
Klub | |
Vikianbarda əlaqəli mediafayllar |
Florenzi peşəkar klub karyerasına 2011-ci ildə "Roma" klubunda başlayıb, lakin 2011–12 mövsümünü icarə əsasında "Krotone" klubunda keçirib. Florenzi 2019-cu ildə Daniele De Rossinin gedişindən sonra "Roma"nın yeni kapitanı təyin edildi.[4] Daha sonra 2020–21 mövsümündə İspaniyanın "Valensiya" və Fransanın "Paris Sen-Jerman" klublarında icarə əsasında çıxış edib. "PSJ" ilə "Fransa Superkuboku"nu və Fransa Kubokunu qazanıb.
21 avqust 2021-ci ildə "Milan", sonradan transfer edə bilmək imkanı ilə Florenzinin "Roma"dan icarəyə göturur. Florenzi 30 iyun 2022-ci ilə qədər komanda ilə müqavilə imzalayır.[5] O, "Milan"ın heyətində ilk qolunu dekabrın 22-də "Empoli" klubuna qarşı 4–2 hesabı ilə bitən oyunda vurdu, bu həm də A Seriyasında onun cərimə zərbəsindən ilk qolu oldu.[6][7] "Milan"dakı ilk mösümundə komanda ilə "İtaliya A Seriyası"nın qalibi olur. Bu Florenzinin qazandığı ilk İtaliya çempionluğu olur.
1 iyul 2022-ci ildə "Milan", Florenzini "Roma"dan daimi olaraq transfer etdiyini elan etdi. Müdafiəçi klubla 30 iyun 2025-ci ilə qədər müqavilə imzalayır.[8]
Milli komanda səviyyəsində o, 2013-cü ildə "UEFA U-21 Avropa Çempionatı"nda ikinci yeri tutmuş 21 yaşadək futbolçulardan ibarət İtaliya milli komandasının üzvü idi. O, həmçinin UEFA Avro 2016 və UEFA Avro 2020-də İtaliyanın əsas komandasının heyətində olub. Futbolçu İtaliya milli komandası ilə UEFA Avro 2020 turnirinin qalibi olub.
30 avqust 2022-ci il tarixində yenilənib:[9]
Klub | Season | Liqa | Ölkə kuboku | Beynəlxalq | Digər | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Roma | 2010–11 | A Seriyası | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 |
2012–13 | 36 | 3 | 3 | 1 | — | — | 39 | 4 | ||||
2013–14 | 38 | 6 | 4 | 0 | — | — | 42 | 6 | ||||
2014–15 | 35 | 5 | 1 | 0 | 9 | 0 | — | 45 | 5 | |||
2015–16 | 33 | 7 | 1 | 0 | 8 | 1 | — | 42 | 8 | |||
2016–17 | 9 | 0 | 0 | 0 | 4 | 1 | — | 13 | 1 | |||
2017–18 | 32 | 1 | 0 | 0 | 10 | 0 | — | 42 | 1 | |||
2018–19 | 29 | 3 | 1 | 0 | 8 | 0 | — | 38 | 3 | |||
2019–20 | 14 | 0 | 2 | 0 | 2 | 0 | — | 18 | 0 | |||
Top | 227 | 25 | 12 | 1 | 36 | 2 | 0 | 0 | 280 | 28 | ||
Krotone FK (icarə) | 2011–12 | B Seriyası | 35 | 11 | 1 | 0 | — | — | 36 | 11 | ||
Valensiya (icarə) | 2019–20 | La Liqa | 12 | 0 | 1 | 0 | 1 | 0 | — | 14 | 0 | |
Paris Sen-Jermen (icarə) | 2020–21 | Liqa 1 | 21 | 2 | 4 | 0 | 10 | 0 | 1 | 0 | 36 | 2 |
Milan (icarə) | 2021–22 | A Seriyası | 24 | 2 | 2 | 0 | 4 | 0 | — | 30 | 2 | |
Milan | 2022–23 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 0 | |
Total | 26 | 2 | 2 | 0 | 4 | 0 | 0 | 0 | 32 | 2 | ||
Career total | 321 | 40 | 20 | 1 | 51 | 2 | 1 | 0 | 398 | 43 |
Paris Sen-Jermen[10]
AC Milan
İtaliya U21
İtaliya Milli Komandası
Fərdi
5-ci dərəcəli / Cəngavər: Cavaliere Ordine al Merito della Italiana Repubblica: 2021[14]