Temue Bakayoko

Temue Bakayoko (17 avqust 1994[2], Paris)[3]Çelsi klubundan icarə əsasında İtaliya A Seriyası təmsilçilərindən olan Milan klubunda və Fransa milli futbol komandasında müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Əsasən dayaq yarımmüdafiəçisi kimi oynasa da, hərtərəfli qabiliyyəti sayəsində müxtəlif mövqelərdə də çıxış edə bilər. Fransa millisinin baş məşqçisi Didye Deşam onu "tam yarımmüdafiəçi" kimi xarakterizə etmişdir.

Temue Bakayoko
fr. Tiémoué Bakayoko
Bakayoko 2018-ci ildə Çelsidə
Bakayoko 2018-ci ildə Çelsidə
Ümumi məlumatlar
Tam adı Temue Bakayoko[1]
Doğum tarixi 17 avqust 1994(1994-08-17)[2] (30 yaş)
Doğum yeri Paris, Fransa[3]
Vətəndaşlığı
Boyu 1,89 m[4]
Çəkisi 72 kq
Mövqeyi Yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub İtaliya Milan
Nömrəsi 14
Karyerası
Gənclik karyerası
2000—2004 Fransa Paris 15eme O.
2004—2006 Fransa Paris Çarenton CA
2006—2008 Fransa Montroge 92
2008—2013 Fransa Renn
Klub karyerası[* 1]
2012—2014 Fransa Renn B 16 (0)
2013—2014 Fransa Renn 24 (1)
2014—2017 Fransa Monako 63 (3)
2017—h.h İngiltərə Çelsi 29 (2)
2018—h.h  İtaliya Milan 0 (0)
Milli yığma[* 2]
2010 Fransa Fransa U-16 2 (0)
2011 Fransa Fransa U-17 7 (0)
2011 Fransa Fransa U-18 2 (0)
2014 Fransa Fransa U-20 3 (0)
2014—2016 Fransa Fransa U-21 13 (0)
2017—h.h Fransa Fransa 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənc futbolçu kimi sınmış ayağından əziyyət çəkəndən sonra Bakayoko 13 yaşında Renn akademiyasına qoşulmuşdur. O, peşəkar karyerasına Renn klubunda start vermişdir. Bu klubda 24 oyunda iştirak etdikdən sonra 2014-cü ildə £7 milyon qarşılığında Monako klubuna transfer olmuşdur.[5] Bakayoko Monakonun yeganə oyun qurucusu olaraq 2016–17 mövsümündə klubun Liqa 1-də çempion olmağına böyük köməklik etmiş və 2016–17 UEFA Çempionlar Liqası mövsümünün komandasına daxil edilmişdir.

Bakayoko milli komanda ilə debütünü 28 mart 2017-ci ildə İspaniya millisinə qarşı oyunda etmişdir. O, ikinci hissədə Adrian Rabyonu əvəz etmişdir.

Bakayoko 17 avqust 1994-cü ildə Parisdə anadan olmuşdur. O, beş yaşı olarkən Paris 15seme O klubuna qəbul olmuşdur.[5] Doqquz yaşı olarkən Temue əvvəlcə CA Paris Çarenton klubuna, daha sonra isə Montroge 92 klubuna transfer olmuşdur.[5] Gənc futbolçu kimi, Bakayoko futbol oynayarkən ayağı sındığı üçün səkkiz ay yaşıl meydanlardan uzaq qalmışdır.[5] 2008-ci ildə o, 13 yaşı olarkən Renn akademiyasına qəbul olunmuşdur.[5][6] O, 14 yaşında məşhur Klayrefonteyn akademiyası tərəfindən rədd edilmişdir.[7]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Bakayoko öz peşəkar karyerasında debütünü Renn klubu ilə Liqa 1-də 24 avqust 2013-cü ildə Evian klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Bakayoko 90 dəqiqə meydanda olmuş və komandası evdə 2–1 hesabı ilə qələbə qazanmışdır.[8][9]

2014–2016 mövsümü

[redaktə | mənbəni redaktə et]
Bakayoko 2014-cü ildə Monako klubunda çıxış edərkən.

Bakayoko 2014-cü ilin iyul ayında £7 milyon qarşılığında Monako klubuna transfer olmuşdur.[5][10] Bakayoko Monako klubu ilə debütünü 10 avqust 2014-cü ildə etmişdir. O, 32-ci dəqiqədə Loryan klubu ilə qarşılaşmada Valere Jermeni əvəz etmişdir. Həmin görüşdə Monako Liqa 1 görüşündə Loryana evdə 2–1 hesabı ilə məğlub olmuşdur.[11][12][13] Monako klubunun baş məşqçisi Leonardo Jardimin onu vaxtından əvvəl meydandan çıxarması iki tərəf arasında gərgin münasibətlərə səbəb olmuşdur. Bakayoko demişdir: "Onunla mənim aramda kiçik gərginlik yaşanır".[6] Debüt etdikdən sonra Bakayoko növbəti iki ay ərzində heç bir oyuna çıxmamışdır. Buna səbəb onun zədədən əziyyət çəkməsi və razılaşdırılmamış formada ehtiyatda qalması olmuşdur.[7] Jardimlə onun arasındakı gərginlik davam etdiyi üçün Bakayoko təlimlər zamanı ədalətsizliklə üzləşirdi. O, bəzən təlimlərə gecikdiyi üçün geniş surətdə tənqid olunurdu. Bu münasibət onun daha da məyus olmasına gətirib çıxarırdı.[7]

2016–2017 mövsümü

[redaktə | mənbəni redaktə et]
"Makelele mənə xeyli kömək etmişdir. O, Monakoya gələndə mən çox, çox pis oyunçu idim. Amma bəzən mən onunla müzakirələr aparırdım. O, mənə çoxlu məsləhətlər verdi. O, mənim futbol üslubumdan daha çox oynamağıma diqqət yetirirdi."

– Bakayoko Klaude Makelelenin tapşırıqlarını yerinə yetirmişdir.[14]

Bakayoko Monako klubunda ilk iki mövsümdə 31 liqa görüşündə 1 qolla yadda qalmışdır. Bakayokonun potensialının çox olması davranışlarının dəyişməsinə səbəb olmuşdur. O, mənzil evindən dəbdəbəli villaya keçmiş, qara avtomobilinin isə rəngini çəhrayı rəngə dəyişmişdir.[6][11] Bundan əlavə, o, boksla məşğul olmağa başlamış, qidalanma rejimi dəyişmiş və öz gücünü yaxşılaşdırmışdır.[7] O, 2016-cı ildə keçmiş Fransa millisinin futbolçusu Klaude Makeleleyə Monako klubunun futbol direktoru vəzifəsinə gətirmək üçün kömək etmişdir.[15] O, bu hərəkəti ilə öz qayğıkeşliyini bir daha sübut etmişdir.[6][7][11][14] Bu məqsədlə o, keçmiş Renn klubunun gənclər yığmasının məşqçisi Yannik Menudan məsləhət almışdır.[7][11] Jeremi Toulalan və Mario Paşaliç 2016-cı ildə klubu tərk etdikdən sonra Bakayoko Monakonun yeganə oyun qurucusu olmuşdur. O, 2016–17 mövsümündə klubun Liqa 1-də çempion olmağına böyük köməklik etmiş və 2016–17 UEFA Çempionlar Liqası mövsümünün komandasına daxil edilmişdir.[11] Bu, Bakayoko üçün həlledici mövsüm olmuşdur. O, davamlı olaraq uğurlu çıxışları ilə Monako klubunun əsas tərkib hissələrindən birinə çevrilmişdir. O, zədəyə az meylli idi və təlim-məşq toplanışlarında daima öz üzərində çalışırdı.[7]

15 mart 2017-ci ildə II Lui stadionunda keçirilən UEFA Çempionlar Liqası 2016/2017 mövsümünün 1/8 final mərhələsinin cavab oyununda Bakayoko final qolunun (UEFA Çempionlar Liqası və ya UEFA Avropa Liqasında ilk qolu) müəllifi olmuşdur. Bakayoko Tomas Lemarın küncdən ötürdüyü topu baş zərbəsi ilə qola çevirmişdir. Həmin görüşdə Monako Mançester Sitiyə 3–1 (ümumi hesab 6–6) hesabı ilə qalib gəlmiş və səfər qolu nəticəsində növbəti mərhələyə yüksəlmişdir.[16]

Bakayoko 2017-ci ildə Çelsi klubunda çıxış edərkən.

15 iyul 2017-ci ildə Bakayoko £40 milyon qarşılığında Premyer liqa təmsilçilərindən olan Çelsi klubu ilə beş illik müqavilə imzalamışdır.[14][17] O, klubun ikinci ən bahalı transferi kimi klubun tarixinə keçmişdir.[18] O, Çelsi klubu ilə Premyer liqada debütünü 20 avqust 2017-ci ildə Tottenhem Hotspur klubuna qarşı oyunda etmişdir.[19]

14 avqust 2018-ci ildə Milan klubu €5 milyon qarşılığında Bakayokonu mövsüm sonuna qədər icarəyə götürdüyünü açıqlamışdır. Klub €35 milyon qarşılığında birbaşa satın alma hüququna da malikdir.[20][21]

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

Bakayoko 2017-ci ilin mart ayında Pol Poqba zədələndiyi üçün Lüksemburqİspaniya komandası ilə oyunlar zamanı oynamaq üçün komandaya çağırılmışdır.[22] Bakayoko milli komanda ilə debütünü 28 mart 2017-ci ildə İspaniya millisinə qarşı oyunda etmişdir. O, ikinci hissədə Adrian Rabyonu əvəz etmişdir. Yoldaşlıq oyununda Fransa İspaniyaya 2–0 hesabı ilə məğlub olmuşdur.[5][23]

Yaya Ture Bakayokonu güclü, hərtərəfli keyfiyyətləri olan, oyunu intellektual oxunuşu ilə ələ keçirmək bacarığı olan, dribblinq, keçid imkanı çox olan futbolçu kimi təsvir etmişdir.[11][24] O, həmçinin Bakayokonu fiziki cəhətdən güclü olan atletə bənzətmişdir.[11] O, dayaq yarımmüdafiəçisi kimi oynasa da, hücumlara asanlıqla qoşula bilir və topla irəliləməyi bacarır. Yalnız Qabi və Danni Drinkvoter 2016–17 UEFA Çempionlar Liqasında Bakayokodan daha çox topla irəliləyə bilmişdir.[25] Monakoda Bakayokonun baş məşqçisi olan Leonardo Jardim demişdir: "O, topla daha çox oynamaqla komandanın balansını təmin edir. O, yaxşı top qəbul edir və öz duellərini qələbə ilə başa vurur. Bu Bakayokonun vəzifəsidir."[26] Fransa millisinin baş məşqçisi Didye Deşam onu "tam yarımmüdafiəçi" kimi xarakterizə etmiş və demişdir: "O, mühüm atletik keyfiyyətlərə malikdir. Hal-hazırda sağalıb. O, həlledici qollar vurur və özünü yaxşı təbliğ etməyə qadirdir."[27]

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
19 Mart 2017 tarixində yenilənib[28]
Klub Mövsüm Liqa Kubok Liqa Kuboku Avropa Digər[nb 1] Ümumi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Renn 2013–14 24 1 3 0 1 0 28 1
Monako 2014–15 12 0 1 0 2 0 3 0 18 0
2015–16 19 1 2 1 1 0 1 0 23 2
2016–17 26 2 1 0 3 0 11 1 41 3
Ümumi 57 3 4 1 6 0 15 1 0 0 82 5
Ümumi karyera 81 4 7 1 7 0 15 1 0 0 110 6
  1. Fransa Superkuboku görüşləri daxildir.
28 Mart 2017. tarixində yenilənib[29][30]
Milli komanda İl Oyun Qol
Fransa 2017 1 0
Ümumi 1 0

Monako

Çelsi

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Bakayokonun valideynləri Kot-d'İvuar vətəndaşlarıdır. O, 2017-ci ildə Kot-d'İvuar millisinə dəvət olunsa da, Fransa millisini seçməyi qərara almışdır.[34][35]

  1. "Squads for 2017/18 Premier League confirmed". Premier League. 1 September 2017. 29 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2017.
  2. 1 2 Tiemoué Bakayoko // Transfermarkt (çd.). 2000.
  3. 1 2 "Tiemoué Bakayoko – Player Profile – Football". Eurosport British. 1 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2017.
  4. "Tiemoue Bakayoko". Chelsea F.C. 12 August 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 August 2018.
  5. 1 2 3 4 5 6 7 Shilton, Alec. "Monaco star Tiemoue Bakayoko 'arrives for medical ahead of £35m Chelsea move'". The Sun. 27 June 2017. 13 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2017.
  6. 1 2 3 4 Holyman, Ian. "Makelele made Chelsea target Bakayoko". ESPN.com. 16 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2017.
  7. 1 2 3 4 5 6 7 Doyle, Paul. "Tiemoué Bakayoko: a deft midfield monster who could become a superstar at Chelsea". The Guardian. 17 July 2017. 13 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2017.
  8. Pandey, Kaustubh. "Scout Report: Tiemoue Bakayoko | Monaco's midfield engine". Outside of the Boot. 2 March 2017. 22 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2017.
  9. "Evian vs. Rennes - 24 August 2013 - Soccerway". soccerway.com. 2018-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-18.
  10. "Tiémoué Bakayoko signs for AS Monaco on a five-year deal | News | AS Monaco FC". www.asmonaco.com (ingilis). 25 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 July 2017.
  11. 1 2 3 4 5 6 7 Yokhin, Michael. "Tiemoue Bakayoko: Meet Monaco's midfield general being squabbled over by Manchester United and Chelsea". FourFourTwo (ingilis). 24 January 2017. 27 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2017.
  12. Butler, Michael. "Monaco v Lorient: Ligue 1 – as it happened". The Guardian. 10 August 2014. 22 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2017.
  13. "Monaco vs. Lorient - 10 August 2014 - Soccerway". soccerway.com. 2018-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-18.
  14. 1 2 3 Rice, Simon. "Tiemoue Bakayoko confirms Chelsea legend was major influence". Metro. 17 July 2017. 22 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2017.
  15. Charles, Andy. "Claude Makelele named Monaco's new technical director". Sky Sports (ingilis). 12 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2017.
  16. "Monaco 3 Manchester City 1 (agg 6-6): Pep Guardiola's side crash out on away goals as attacking approach backfires". The Daily Telegraph. 15 March 2017. 2 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2017.
  17. "Bakayoko is a Blue". Chelsea Official Site. 15 July 2017. 17 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2017.
  18. Thomas, Lyall. "Tiemoue Bakayoko seals £40m Chelsea transfer from Monaco". Sky Sports (ingilis). 18 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2017.
  19. Spencer, Jonathan. "Bakayoko and Christensen praised by Redknapp after Chelsea beat Spurs". Mail Online. 18 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2017.
  20. "Official announcement: Tiémoué Bakayoko". acmilan.com. 14 August 2018. 12 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2018.
  21. "Milan sign Chelsea's Bakayoko on €5m loan". ESPN.com (ingilis). 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.
  22. "Le Monégasque Bakayoko remplace Pogba chez les Bleus" (French). sport24.com. 18 March 2017. 26 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2017.
  23. "France vs. Spain - 28 March 2017 - Soccerway". soccerway.com. 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
  24. Kelly, Ciaran. "Monaco star could be as crucial to Manchester United as Antoine Griezmann". men. 29 March 2017. 22 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2017.
  25. Gordon, Jamie. "Who is Tiemoue Bakayoko? £35million Chelsea target set to replace Nemanja Matic". The Sun. 23 June 2017. 31 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2017.
  26. Bhardwaj, Vaishali. "Bakayoko scouting report: How he will fit in to Chelsea's midfield". Evening Standard. 29 June 2017. 3 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2017.
  27. Surlis, Pat. "Tiemoue Bakayoko's rise with Monaco and Chelsea role examined". Sky Sports (ingilis). 22 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2017.
  28. "Tiemoué Bakayoko Socceway Profile". 30 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2016.
  29. "Tiemoué Bakayoko - national football team player". EU-Football.info. 5 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2017.
  30. Temue Bakayoko National-Football-Teams.com'da
  31. AS, Diario. "Monaco end PSG dominance to win Ligue 1 title". 17 May 2017. 22 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2017.
  32. McNulty, Phil. "Chelsea 1–0 Manchester United". BBC Sport. 19 May 2018. 18 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2018.
  33. "UEFA Champions League Squad of the Season". UEFA.com. 5 June 2017. 13 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2017.
  34. "La France ou la Côte d'Ivoire ? Bakayoko a hésité "jusqu'au dernier moment" selon son frère" (French). RMC SPORT. 27 March 2017. 31 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2017.
  35. "Côte d'Ivoire: Tiémoué Bakayoko a mis la Fédération en colère". Africa Top Sports (French). 18 April 2017. 22 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]