Rafiq Manaflı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rafiq Manaflı
2001 – 14 fevral 2001
ƏvvəlkiCümşüd Nuriyev
SonrakıFelmar Ələkbərli
Şəxsi məlumatlar
Doğum tarixi 22 sentyabr 1958(1958-09-22) (65 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Rafiq Hidayət oğlu Manaflı (22 sentyabr 1958, Salyan, Salyan rayonu) — Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sabiq sədri.

Həyatı

Rafiq Manaflı 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub. 1975–1980 – Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb. 1980–1991 – Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb. 1992–1996 – Özünün təşkil etdiyi "Plastik" kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi "Təkamül" MMC-in direktorudur.

Siyasi Fəaliyyəti

1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin fəal üzvü, 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Qaradağ rayon təşkilatının sədri, Azərbaycan Xalq Cəbhəsinin Məclisinin üzvü olub.

1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, həmin ildən Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvüdür. 2001-ci ildən 2021-ci ilədək VHP Ali Məclisinin sədri olmuşdur.

2012-ci ildən İctimai Palatanın Koordinasiya Şurasının üzvü olub. 2020-ci ilədək Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olmuşdur.[1]

Ailəsi

Evlidir, iki oğlu var.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.