Nuriyev Cümşüd Qurban oğlu (16 sentyabr 1955, Daşdəmirbəyli, Ağsu rayonu) — 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 50 üzvündən biri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri.
Cümşüd Nuriyev | |
---|---|
Nuriyev Cümşüd Qurban oğlu | |
1998 – 2000 | |
Sonrakı | Rafiq Manaflı |
9 yanvar 1993 – 1995 | |
Prezident | Əbülfəz Elçibəy |
Nazir | Tofiq Hüseynli Müzamil Abdullayev |
5 fevral 1992 – 9 yanvar 1993 | |
Prezident | Ayaz Mütəllibov Əbülfəz Elçibəy |
Sədr | Tofiq Kərimov |
1990 – 1995 | |
Seçildiyi dairə | 62 nömrəli Oktyabr |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 sentyabr 1955 (69 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993–1995).
Nuriyev Cümşüd Qurban oğlu 16 sentyabr 1955-ci ildə Ağsu rayonun Daşdəmirbəyli kəndində anadan olmuşdur. 1972-ci ildə Ağsu şəhər 1 saylı orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Geoloji Coğrafiya fakültəsinin Coğrafiya ixtisasını bitirmişdir.
1989-92-ci illərdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Müharibə veteranıdır. “Veteran Həmrəyliyi” (2015), “General Səməd Bəy Mehmandarov” (2017) və “General Cəmşid Naxçıvanski” (2018) yubiley medalları ilə təltif olunmuşdur. İstiqlalçı deputatdır.
Ailəlidir, iki övladı və üç nəvəsi var.
Bakı Dövlət Universitetinin "Geoloji coğrafiya" və Təfəkkür Universitetinin Hüqüq fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir.
1979 - 1982-ci illərdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, əyani aspirant olmuşdur. 1983-cü ildə Aqrar elmlər üzrə fəlsəfə doktoru adını almışdır.
1983-cü ildə Kənd təsərrüfatı elmləri üzrə namizədlik, 2010-cu illdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi elmlər üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Siyasi elmlər doktoru, professordur.
2005–2012-ci illər ərzində 3 monoqrafiyanın ("Heydər Əliyev və Azərbaycanın Aqrar kursu", "Siyasi sabitlik və aqrar islahatlar", "Azərbaycan Respublikasında aqrar islahatların siyasi, hüquqi və elmi əsasları"), ali məktəb tələbələri üçün 6 dərsliyin ("Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi", "Gömrük ekspertizası", "Gömrük hüququ", "Ekologiya hüququ", "Gömrük rəsmiləşdirilməsi", "Gömrük işinin təşkili və idarə edilməsi"), 8 dərs vəsaitinin ("Gömrük statistikası", "Ekoloji siyasət" (rus dilində), "İqtisadiyyat və hüquq", "Azərbaycanın Gömrük tarixi", "Gömrük etikası", "Torpaq hüququ", "Saxtalaşdırılmış tarixin sirləri (rus dilində, "Azərbaycan respublikasının milli təhlükəsizliyinin əsasları" [1])") müəllifidir.
Bir elmi - poulyar kitabının ("Zəfər Çələngi"), ali məktəblər üçün hazırlanan 12 tədris-metodik vəsaitin müəlliflərindəndir. Həmçinin, bu illər ərzində Azərbaycan, Türkiyə, Almaniya, Gürcüstan, Ukrayna, Rusiya və Qırğızıstanın elmi jurnallarında 60 məqaləsi çap olunmuş, Azərbaycan, Ukrayna, Qırğızstan, Rusiya və Türkiyədə keçirilən beynəlxalq elmi konfranslarda çıxışları olmuşdur.
Bu il Bişkek şəhərində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun təşəbbüsü və köməyi ilə siyasi elmlər doktoru, professor Cümşüd Nuriyevin qırğız dilində Ümummilli lider Heydər Əliyev haqqında yazdığı “100 yaşlı Heydər Əliyev kimdir” böyük məqaləsi “Xalqa bağışlanmış ömür” toplusunda nəşr olunmuşdur.
Eyni zamanda professorun rəhbərliyi altında Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 illik prezidentliyi dövründə ölkəmizin ərazi bütövlüyünün bərpası və müstəqillitimizin dönməz olması üçün gördüyü işlərin ilk dəfə olaraq elmi müstəvidə siyasi təhlili verilmişdir. Qərğız Respublikasında Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər taktikası və uğurlu idarəetmə siyasətinə olan böyük marağı nəzərə alan naşir N.Məmmədov “Zəfər çələngi” kitabını rus və qırğız dillərində nəşr etdirmək haqqında qərar qəbul etmişdir. Son zamanlar təkcə Türkdilli ölkələrdə deyil bir çox Şərqi Avropa və Asiya ölkələrində Möhtərəm Prezidentimiz İlham Əliyevin idarəçilik siyasəti öyrənilməyə və təşviq edilməyə başlanılmışdır.
1998-2019-cu illərdə ETM “Təfəkkür” Universitetində, 2013-2014-cü illərdə Qərbi Kaspi Universitetində çalışmışdır., 2020-ci ildən Odlar Yurdu Universitetində, 2024-cü ildən isə eyni zamanda Dövlət Gömrük Komitəsinin Akademiyasında professor vəzifəsində çalışır..
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[2].1992-ci ilin May ayında yaradılan Milli Məclisin "Büdcəyə nəzarət" komissiyasının sədri seçilmişdir. İstiqlalçı deputat Cümşüd Nuriyev Vətəndaş Həmrəyliyi Partiyasının təsisçilərindən olmuş, 1998-2000-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri olmuşdur. 2000-ci ildə VHP-dən istefa verib.
Cümşüd Nuriyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.[3]