Realqar

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Realqar
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
AsS[1]
Strunz təsnifatı II/F.02[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Realqar — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən

Xassələri

Rəng – narıncı-qırmızı, bəzən tünd-qırmızı; Mineralın cizgisinin rəngi – narıncı; Parıltı – şüşə, qatran, yağlı; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,5-3,6; Sərtlik – 1,5-2; Çox kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – qabıqvari, tikanlı; Başqa xassələr – elektrik işığı altında kristalları çat-çat olur və açıq-narıncı rəngli tozvarı kütləyə çevrilir; Morfologiya – kristallar: uzununa cizgilənmiş qısa- və uzunprizmatik; Mineral aqreqatları: torpaqvari, bütöv dənəvər kütlələr, püruzlar, qaysaqlar, qabıqlar, bəzən druzalar.

Mənşəyi və yayılması

Yer səthinə yaxın orta- və aşağı temperaturlu teletermal və vulkanogen yataqlar üçün səciyyəvidir. Tez-tez qeyzer çöküntülərində, sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında, həmçinin solfatarlarda və fumarollarda rast gəlir. Realqarın tapıntıları çökmə əmələgəlmələrdə də – qumlu-gilli çöküntülərdə, siderit konkresiyalarında aşkar edilmişdir. Birlikdə rast gəldiyi minerallar: auripiqment, antimonit, kinovar, sərbəst kükürd. Mineralın tapıldığı yerlər: Luxum (Gürcüstan); Xaydarkan (Orta Asiya); Andreasberq (Almaniya); İtaliya, RusiyaYaponiyanın bir çox məntəqələri və b. Azərbaycanda Darrıdağ (Culfa) mərgümüş yatağında, həmçinin Dəvəboynu və Qoşasu (Laçın rayonu) mərgümüş təzahürlərində geniş yayılmışdır. Az miqdarda Ağqaya və Eyvan civə yataqlarında, Tutqunçay hövzəsinin qızıl filizi zolağında və bəzi başqa məntəqələrdə aşkar edilmişdir.

Tətbiqi

İri miqyaslı yığınlarının mərgümüş filizi kimi praktik əhəmiyyəti vardır. Həmçinin kənd təsərrüfatında zərərvericiləri öldürmək üçün istifadə olunur.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər