Sədaqət Qəhrəmanova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sədaqət Qəhrəmanova
bayraq
Əli-Bayramlı İcra Hakimiyyətinin başçısı
bayraq2
1995 – 2005
Vəzifədədir
2005-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1949(1949-03-01) (75 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Əməkdə fərqlənməyə görə" medalı "Şöhrət" ordeni 2-ci dərəcəli "Əmək" ordeni
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu

Qəhrəmanova Sədaqət Məmmədyar qızı — Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

Həyatı

1 mart 1949-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olmuşdur.1966-ci ildə Əli-Bayramlı şəhər 2 saylı orta məktəbi bitirmişdir

1968–1971-ci illərdə Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialını bitirib, iqtisadçı peşəsinə yiyələnmişdir.

1973–1977-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır.

Ailəlidir, 4 övladı var.

Əmək fəaliyyəti

Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır.

  • 1967–1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə
  • 1970–1973-cü illərdə şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri
  • 1973-cü ilin fevral ayından sentyabr ayınadək Əli-Bayramlı şəhər Partiya Komitəsində təlimatçı
  • 1977–1978-ci illərdə şəhər Partiya komitəsində təlimatçı və şəhər Qarışıqmallar ticarət idarəsində rəis vəzifəsində işləmişdir.
  • 1978-ci ilin dekabr ayında Əli-Bayramlı şəhər Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir.
  • 1983-cü ilin dekabr ayında şəhər Xalq Nəzarət Komitəsinin sədri təyin olunmuşdur.
  • 1991-ci ilin iyun ayında Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir.
  • 1995-ci ilin sentyabr ayında Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı təyin olunmuşdur.
  • 18 aprel 2005-ci ildə Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.[1]
  • 18.05.2005-ci il tarixindən Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini işləmişdir.
  • 2006-cı ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Mükafatları

  • 25 sentyabr 2008-ci il Dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.[2]
  • 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilmişdir.[3]
  • 28 fevral 2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub[4]

İstinadlar

  1. "S. M. Qəhrəmanovanın Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.
  2. Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[ölü keçid]
  3. ""Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  4. S.M.Qəhrəmanovanın 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Həmçinin bax