Əkbər Novruz oğlu Novruzov (1924, Giləzi, Bakı qəzası – fevral 1975) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Əli Bayramlı Şəhər Komitəsinin birinci katibi (1971–1975), Şaumyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1975), Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı.
Əkbər Novruzov | |
---|---|
1971 – fevral 1975 | |
Əvvəlki | Bilal Kərimov |
Sonrakı | Hüseyn Qubadov |
1969 – 1971 | |
Sonrakı | Cəmaləddin Rzayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1924 |
Doğum yeri | |
Vəfat tarixi | fevral 1975 |
Partiya |
|
Təhsili | |
|
|
Təltifləri |
Əkbər Novruz oğlu Novruzov Bakı qəzasının Giləzi stansiyasında kəndli ailəsində anadan olmuşdur. 1942-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi zamanı Qafqaz, Belqrad, Budapeşt və Vyana uğrunda gedən döyüşlərdə iştirak etmişdir.[1]
1947-ci ildə ordudan tərxis olunduqdan sonra Əkbər Novruzov Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1952-ci buranı bitirərək Xəzər Gəmiçilik İdarəsinin siyasi şöbəsində təlimatçı, sonra isə idarənin partiya təşkilatının katibi olmuşdur. 1958-ci ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin Təbliğat və təşviqat şöbəsinin təlimatçısı, 1961–1969-cu illərdə isə Təşkilat-partiya işi şöbəsinin müdiri olmuşdur. 1969–1971-ci illərdə Şaumyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1971-ci ildən həyatının sonunadək Azərbaycan Kommunist Partiyası Əli Bayramlı Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.[1]
Əkbər Novruzov 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilmişdir.[2] Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. "Qırmızı ulduz" və "Qırmızı əmək bayrağı" ordenləri, eləcə də medallarla təltif edilmişdir.[1]
Əkbər Novruzov 1975-ci ilin fevral ayında həlak olmuşdur.[1]