Səlim Səlimov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səlim Səlimov
Səlimov Səlim İsmayıl oğlu
1990 – 1995
Laçın Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1986 – 1991
ƏvvəlkiXanlar Məmmədov
SonrakıVəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 11 oktyabr 1941(1941-10-11)
Doğum yeri
Vəfat tarixi 23 mart 2024(2024-03-23) (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Dədə Qorqud qəsəbə qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti deputat

Səlim İsmayıl oğlu Səlimov (11 oktyabr 1941, Xaçınyalı, Laçın rayonu23 mart 2024, Bakı) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995).

Həyatı

Səlim Səlimov 1941-ci il oktyabrın 11-də Laçın rayonunun Xaçınyalı kəndində anadan olub.[1]

1963-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur.

1969-cu ildə dilçi-ədəbiyyatçı, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası alaraq universiteti bitirmişdir.

Səlim Səlimov 1996-cı ildən təqaüdçü idi . 23 mart 2024-cü il tarixində vəfat edib.[2]

Siyasi fəaliyyəti

1956-cı ildən ÜİLKGİ-nin, 1968-ci ilin yanvar ayından isə Azərbaycan KP-nın üzvü olmuşdur.

1973–1975-ci illərdə Bakı Ali Partiya Məktəbinin tam kursunu bitirmişdir.

Laçında

1971-ci ildə 56 saylı seçki dairəsindən XIII çağırış, 1975-ci ildə 51 saylı seçki dairəsindən XIV çağırış Laçın Rayon Zəhmətkeşlərin Deputatları Sovetinə, 1979-cu ildə isə 50 saylı seçki dairəsindən XV çağırış Laçın Rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir.

Laçın rayon VII (1978), VIII (1980), IX (1983) partiya konfranslarının üzvü olmuşdur.

1971–1973-cü illərdə Azərbaycan ÜİLKGİ Laçın rayon Komsomolun katibi işləmişdir.

1981-ci ildə Azərbaycan SSR "Bilik" cəmiyyətinin üzvü olaraq mühazirəçi olmuşdur.

1986–1988-ci illərdə Azərbaycan KP Laçın rayon komitəsinin II katibi işləmişdir.

Parlamentdə

1990-cı ildə Azərbaycan Respublikasının Xalq deputatı seçilmiş və 1995-ci ilə qədər deputat olmuşdur.

Mükafatları

1977-ci ildə "Slava oktyabr" döş nişanı, 3 oktyabr 1980-ci ildə "Əlaçı əməyə görə" döş nişanı, 1978-ci ildə ÜİLKGİ-nin "60 illik yubiley"i, 1988-ci ildə ÜİLKGİ-nin "70 illik yubiley"i ilə əlaqədar yubiley medalları, Səlim Səlimov Daxili İşlər Nazirliyinin "Əla xidmətə görə" medalı ilə təltif olunmuş, 5 may 1983-cü ildə Baş Leytenant rütbəsi almış və 1988-ci ilin fevral ayından 1 oktyabr 1991-ci ilədək könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Ona 17 fevral 2004-cü ildə "Müharibə veteranı" vəsiqəsi təqdim olunmuşdur.

İstinadlar

  1. Arif Məmmədli. "Hələ yaşamağa dəyər", "Laçın yurdu" jurnalı, № 1(4), 2012, Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012. səh.24.
  2. Qlobal.az. "Laçının tanınmış ziyalısı, sabiq deputat Səlim Səlimov vəfat edib". qlobal.az (ingilis). 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.

Xarici keçidlər