Səmra Əliyeva

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səmra Əliyeva
Doğum tarixi 16 sentyabr 1987(1987-09-16) (36 yaş)
Doğum yeri
Fəaliyyəti aparıcı, şərhçi, müxbir
Fəaliyyət illəri 2008-ci ildən

Səmra Əliyeva (16 sentyabr 1987, Bakı) — azərbaycanlı jurnalist, aparıcı və Azərbaycanın birinci qadın futbol şərhçisi.

Həyatı

Səmra Əliyeva 16 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. Atası Ramanadan, anası isə Əmircandandır. 1994-cü ildə Sabunçu rayonunda 80 nömrəli tam orta məktəbin birinci sinifinə gedib və 2005-ci ildə oranı bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) qəbul olub və 2012-ci ildə həmin təhsil ocağından "incəsənət əsərlərinin bərpası və ekspertizası" ixtisası üzrə məzun olub. Qiyabi təhsil aldığı illərdə radioda fəaliyətə başlayıb.

Şəxsi həyatı

Səmra Əliyeva 2017-ci ilin sentyabrda AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə ailə həyatı qurdu. 2 övladı var.

Fəaliyyəti

Səmra Əliyeva qiyabi təhsil alan illərdə "Antenn 101 FM" radiosunun elan elədiyi müsabiqəyə qatılaraq müsabiqənin qalib oldu.

2008–2012-ci illərdə "Radio Enerji 101.1FM" radiosunda prodüser, 2012–2015-ci illərdə isə həmin radioda idman verilişinin aparıcısı olan Səmra Əliyeva, 2013–2015-ci illərdə "İdman Azərbaycan" TV-də "Overtime" verilişin redaktoru oldu. 2015-ci ildə radionda fəaliyyətin dayandıran Səmra Əliyeva, yeni yaranan "CBC Sport" televiziyasında müxbir və şərhçi olaraq çalışmağa başladı.[1]

Səmra Əliyeva 2016–2017-ci illərdə "CBC Sport" televiziyasında "Mənim Liqam № 1", 2017-ci ildə isə "Goalereya" verilişinin aparıcısı oldu. 2017-ci ildə isə o, "Start" verilişinin aparıcısıdır.

Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 16-cı turu çərçivəsində 2020-ci il fevralın 8-də baş tutan "Neftçi""Qarabağ" oyununu şərh edənlərdən biri olan Səmra Əliyeva, bununla Azərbaycanda futbol oyununu şərh edən birinci qadın şərhçi oldu.

Televiziya proqramları

Tarix
Proqram
… olaraq
Kanal
Aparıcı
Müxbir
Redaktor
2013–2015 Overtime
HəY
İdman Azərbaycan
2016–2017 Mənim Liqam № 1
HəY
CBC Sport
2017 Goalereya
HəY
2017— Start
HəY

İstinadlar

  1. Mehman Əşrəfov. "Səmra Əliyeva: "ətrafımda hələ "qız hara, futbol hara" deyənlər var"". www.sportal.az (ingilis). 2017-03-08. Archived from the original on 2022-09-03. İstifadə tarixi: 31.08.2022.