Samir Əsədli

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Samir Əsədli
bayraq
Vətəndaş Həmrəyliyi Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini
bayraq2
Vəzifədədir
14 fevral 2021-ci ildən
SədrSabir Rüstəmxanlı
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının sədri
bayraq2
2002 – 2004
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyun 1983(1983-06-01) (40 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Samir Şakir oğlu Əsədli (1 iyun 1983, Yardımlı rayonu) — azərbaycanlı siyasətçi, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini, Mərkəzi İcra Aparatının rəhbəri.

Həyatı

Samir Şakir oğlu Əsədli 1 iyun 1983-cü ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. 2000-ci ildə Bakı şəhəri, 180 saylı orta məktəbi, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bitirib. 2004–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələri (Daxili Qoşunlar) sıralarında həqiqi hərbi xidmətdə olub.

Evlidir. 1 qızı, 3 oğlu var.

Siyasi və ictimai fəaliyyəti

2011-ci ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür. 2012-ci ildən İctimai Palatanın və 2013-cü ildən isə Demokratik Qüvvələrin Milli Şurasının üzvü olub.

2010–2015-ci illərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mərkəzi Nəzarət Təfriş Komitəsinin sədri olub.

23 fevral-4 mart 2023-cü il tarixlərində ABS Konqresinin dəstəyi ilə Vasinqton və Little Rock səhərlərində həyata keçirilən "Gənc liderlər ictimai fəaliyyətdə və idarəçilikdə" proqramı çərçivəsində “Gənc liderlər” kursunu bitirmişdir.

Partiya fəaliyyəti

2001-ci ilin iyun ayının 1-dən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olub. 2001-ci ildən VHP Ali Məclisinin, 2003-cü ildən isə Siyasi Şuranın üzvdür.

2002–2004-cü illərdə VHP Gənclər Təşkilatının sədri, 2005–2007-ci illərdə isə partiya sədrinin gənclərlə iş üzrə müşaviri olub. 2007–2013-cü illərdə VHP Təşkilat Şöbəsinin müdiri olub. 2013-cü ildə Mərkəzi İcra Aparatının rəhbəri təyin olub. Hazırda VHP sədrinin müavini və Mərkəzi İcra Aparatının rəhbəridir.

Seçkilərdə

2003-cü ildə Azərbaycan Respublikasinda keçirilən Prezident seçkilərində, prezidentliyə namizəd Sabir Rüstəmxanlının, 2013-cü ildə Azərbaycan Respublikasinda keçirilən Prezident seçkilərində, prezidentliyə Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənlinin ictimai vəkili olub.

2009–2014-cü ildə Bakı şəhəri Qızıldaş bələdiyyəsinin üzvü, bələdiyyənin sosial məsələlər və ekologiya komissiyasının sədri olub.

7 noyabr 2010-cu il tarixdə keçirilən parlament seçkilərində 64 saylı Sabirabad ikinci seçki dairəsindən müxalifətin seçki dairəsi üzrə vahid namizədi olub.

Milli Məclisə seçkilərdə 2015-ci ildə 11 saylı Qaradağ seçki dairəsindən və 2020-ci ildə isə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub.

İstinadlar

Xarici keçidlər