Sanco Sanetomi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sanco Sanetomi
yap. 三条実美
25 oktyabr 1889 – 24 dekabr 1889
Şəxsi məlumatlar
Doğum tarixi 13 mart 1837(1837-03-13)
Doğum yeri
Vəfat tarixi 28 fevral 1891(1891-02-28) (53 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qrip
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası Sanco Sanetsumu[d]
Uşaqları
  • Kinteru Sanco[d],
  • Sanco Çieko[d]
Ailəsi Sanco ailəsi[d]

Təltifləri Ağ Qartal ordeni 1-ci dərəcəli "Doğan günəş" ordeni Grand Cordon of the Supreme Order of the Chrysanthemum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sanco Sanetomi (三条 実美?, 13 mart 1837, Kioto28 fevral 1891, Tokio[d])Yaponiya saray əyanı və Meyci hökumətinin başçılarından biri.

Həyatı

1837-ci ildə Kioto şəhərində Fucivara ailəsinin beş əsas qolundan birinin üzvü kimi doğulmuşdur.[1] Atası Sanco Sanetsumu Ansey təmizlənməsi zamanı 1859-cu ildə şoqunluq tərəfindən öldürülmüşdür.[1] Buna görə də Sanetomi Sonno coy hərəkatına qoşularaq imperator hakimiyyətini dəstəkləməyə başlamışdır.[1]

1863-cü ildə imperatorluq sarayında yenicə yaradılmış dövlət işləri üzrə komissar postuna təyin olunmuş, Tokuqava şoqunluğunu devirmək və imperator hakimiyyətini bərpa etmək istəyən əyanlar arasında vacib rol oynamışdır.[1] İmperatorluğu dəstəkləyən Çoşu əyalətinin[a] samurayları ilə əlaqələr qurmuşdur.[1] 30 sentyabr 1863-cü ildə baş vermiş dövlət çevrilişindən sonra altı əyanla birlikdə Çoşu əyalətinə qaçmışdır.[1] Sonuncu Tokuqava şoqunu Tokuqava Yoşinobunun 1867-ci ilin noyabrında hakimiyyəti imperatora qaytarmasından sonra Sanetomi Kiotoya qayıtmışdır.[1] Növbəti il Administrasiya ofisinə təyin olunmuş, İvakura Tomomi ilə birlikdə yeni hökumətin mərkəzi fiqurlarından biri olmuşdur.[1] 1869-cu ildə Sağ nazir, 1871-ci ildə Böyük nazir təyin olunmuşdur.[1] 1885-ci ilə kimi bu postda qalmışdır.[1] 1889-cu ildə Yaponiyanın Baş naziri vəzifəsini yerinə yetirmişdir.

Sanetomi yuxarı vəzifələri tutan siyasətçi olsa da, çəkingən şəxsiyyətə malik idi.[1] Koreyanın işğalı məsələsi kimi böhranlar zamanı İvakura və digərlərinin təsirinə düşürdü.[1]

Qeydlər

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 12. ISBN 0-87011-627-4. İstifadə tarixi: 10 iyul 2022.