Sey Şonaqon

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sey Şonaqon
yap. 清少納言
Doğum tarixi ehtimal ki, 966
Doğum yeri
Vəfat tarixi ehtimal ki, 1025
Vəfat yeri
Fəaliyyəti məşuqə[d], şair, esseist, gündəlik yazıçısı[d], yazıçı, tarixçi
Fəaliyyət illəri 1000-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sey Şonaqon (清少納言?, ehtimal ki, 966, Heyan-kyo[d]ehtimal ki, 1025, Kioto)Heyan dövründə yaşamış yapon yazıçı, şairə və saray dayəsi.[1] "Yastıq kitabı" adlı əsərinə görə məşhurdur.[1] Bu əsər Yaponiya ədəbiyyatı tarixində zuihitsu janrının ilk nümunəsi hesab olunur.[1] Zuihutsu janrı qısa epizodlar, aforizmlər və şəxsi təsəvvürlərin qarışıq kolleksiyasından ibarət janrdır.[1]

Yaponiyada ilk romanın müəllifi olan Murasaki Şikibu ilə eyni dövrdə yaşamış, hətta Murasaki gündəliyində onun adını çəkmişdir.[1]

Həyatı

Sey Şonaqonun ilk illəri və sonrakı həyatı ilə bağlı məlumatlar çox azdır.[1] Atası alim və şair Motosuke idi.[1] Şonaqon həmin dövrün bir çox qadınından fərqli olaraq Çin klassiklərini öyrənmişdir.[1] Kioto şəhərində yerləşən imperatorluq sarayında yaşamışdır.[1]

Bir çox şeir yazmış, şeirləri bir əsərdə toplanmışdır.[1]

Yastıq kitabı

Sey Şonaqon İmperatriça Sadakonun dayəsi olarkən saray həyatı ilə müşahidələrini qeyd etməyə başlamışdır.[1] Şonaqon əsərini özü ilə hər yerə daşıdığı, hətta yastığında saxladığı üçün əsərə "Yastıq kitabı" adı vermişdir.[1] "Yastıq kitabı"nın məzmununun böyük hissəsi sevgi münasibətləri ilə bağlıdır; bu mövzu Heyan dövrü ədəbiyyatının geniş yayılmış mövzusu idi.[1] Kitab müəllifin sevdiyi və sevmədiyi şeylərin, quşların və digər təbiət ünsürlərinin, adların və maraqlı hesab etdiyi digər şeylərin siyahısı ilə doludur.[1] O, həmçinin xəyali səhnələr də yazmışdır.[1]

İlin dörd mövsümü üçün yazdığı açılış təsviri və onlarla bağlı əhvalı-ruhiyyələr Yaponiya ədəbiyyatında dəfələrlə təqlid olunmuşdur.[1] Şonaqon İmperatriça Sadako və digər imperatorluq ailəsi üzvlərini ideallaşdırsa da, ondan aşağıda olan insanlarla və özü ilə bağlı zarafatlar etmiş, geyim üslubu və davranışlarla bağlı kəskin müşahidələr aparmışdır.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Perkins

Ədəbiyyat

  • Perkins, Dorothy. Encyclopedia of Japan: Japanese History and Culture, from Abacus to Zori. Roundtable Press. 1991. səh. 301. ISBN 0-8160-1934-7. İstifadə tarixi: 8 may 2022.