Sidi-Əqbə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sidi-Əqbə
34°45′ şm. e. 5°54′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 25.455 km²
Mərkəzin hündürlüyü 53 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sidi-Əqbə xəritədə
Sidi-Əqbə
Sidi-Əqbə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sidi-Əqbə (ərəb. سيدي عقبة‎) — Əlcəzairdə, Biskra vilayətində şəhər.

Tarixi

Sidi-Əqbə şəhərinin yaranmasından əvvəl müasir şəhərin yerləşdiyi ərazinin yaxınlığında müəyyən hadisələr baş vermişdir. Məğribin fəthindən sonra Əməvi valisi Üqbə ibn Nafe kiçik bir dəstə ilə yürüşdən qayıdırdı. Biskranın şərqindəki Tudı vahəsində bərbərlər onun dəstəsinə hücum etmişdir. Döyüş zamanı ibn Nafe öldürülmüş və cəsədi sonradan Sidi-Əqbə adlı vahəyə aparılmışdır. 686-cı ildə ibn Nafenin dəfn olunduğu yerdə onun məqbərəsi və adına məscid də daxil olmaqla binalar kompleksi tikilmişdir.[1][2] Coğrafiyaşünas və tarixçi Bəkri öz yazılarında göstərir ki, şəhərdə Haurka qəbiləsindən olan bərbərlərə və ibadilərə qarşı çıxan, sünniliyi qəbul edən qureyş qəbiləsindən olan ərəblər yaşayırdılar.[3]

Coğrafi mövqe

Sidi-Əqbə Əlcəzairin paytaxtından 300 km cənub-şərqdə, Biskra şəhərindən 18 km şərqdə yerləşir. Dəniz səviyyəsindən 53 metr yüksəklikdədir.[4]

Əhalisi

2012-ci ildə əhalinin sayı 34 985 nəfər olmuşdur.[5]

İstinadlar

  1. Аникин В. И. , Вайлов А.М. Историческая трансформация стран Магриба (алжирский вариант). "Издательство ""Проспект""". 2016-02-12. ISBN 9785392202126.
  2. "Краткий очерк по истории Алжира". www.netref.ru. 2018-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
  3. "A Street, Sidi Okba, Algeria" (ingilis). 1899. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
  4. "Land Cover Classification (1 year) | NASA" (ingilis). Land Cover Classification (1 year) | NASA. 2017-11-01. 2016-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
  5. "GeoNames.org" (ingilis). www.geonames.org. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.