Üqbə ibn Nafe

Üqbə ibn Nafe (ərəb. عقبة بن نافع‎; 622, Məkkə683[1][2], Sidi-Əqbə, Biskra vilayəti) — I MüaviyəI Yezid dövründə ərəb sərkərdəsi.

Üqbə ibn Nafe
ərəb. عقبة بن نافع الفهري‎
Doğum tarixi 622
Doğum yeri
Vəfat tarixi 683[1][2]
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti hərbi lider[d], vali[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimali Afrikaya vali təyin edilən Üqbə ibn Nafe bəzi yerləri ələ keçirməklə yanaşı bərbəriləri də İslama gətirməyə çalışmış və ordugah şəhəri olan Qeyrəvanı inşa etdirmişdir. Üqbə valiliyi zamanında özünə mərkəz olaraq Bərqəni seçmişdir. Bundan əvvəl Abdullah ibn Səd Bizansın Şimali Afrika valisini məğlub edərək Tərabülüs əl-Qərb ələ keçirmişdir. Sudan üzərinə göndərdiyi ordu isə heç bir nəticə əldə etmədən geri qayıtmışdır.

Üqbə ibn Nafenin Şimali Afrikada qazandığı uğurları görən Müaviyə 675-ci ildə (hicri 55) onu Şama geri çağırıb Əbülmühaciri bu bölgəyə vali təyin etmişdir. Üqbə ibn Nafe Şama gəldikdə Müaviyə söz verdi ki, yenidən onu Şimali Afrikaya vali təyin edəcək. Lakin o, Müaviyənin ölümünə qədər Şamda qalmışdır. Yezid ibn Müaviyənin dövründə Üqbə ibn Nafe yenidən Şimali Afrikaya vali təyin edilmişdir. Üqbə ibn Nafe və Əbülmühacir Biskrə döyüşündə həlak olmuşdur. Onların ölümündən sonra Züheyr ibn Qeys bərbərilərin qarşısında dayana bilməyib Qeyrəvanı tərk edərək Bərqəyə gəlmişdir.

  1. 1 2 Beynəlxalq standart ad identifikatoru. 2012.
  2. 1 2 ‘Uqba ibn Nāfi‘ // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]