Sona Salmanova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sona Salmanova
Vəzifədədir
16 dekabr 2005-ci ildən
SədrFərhad Abdullayev
Vəzifədədir
14 iyul 1998-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
1991 – 1998
ƏvvəlkiVəzifə təsis edildi.
1983 – 1991
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1956(1956-05-12) (68 yaş)
Doğum yeri
Təhsili

Təltifləri "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2006"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2023

Sona Sadıx qızı Salmanova (12 may 1956, Qursalı, Hamamlı rayonu) — "Əməkdar hüquqşünas", Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini.

Həyatı

Sona Salmanova 12 may 1956-cı ildə Ermənistan Respublikasının Spitak rayonunda (Pəmbək mahalı) anadan olmuşdur. 1963-cü ildə Gəncə şəhər 29 saylı orta məktəbə daxil olmuş və 1973-cü ildə həmin məktəbi bitirmişdir.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirilmə kurslarını bitirmişdir, 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçmişdir. 1979-cu ildən 1980-ci ilədək Bakı şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1980-ci ildən 1983-cü ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyəti və Plenumu katibliyinin müdiri olmuşdur.

1983–1998-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə "Əməkdar hüquqşünas" adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli sərəncamı ilə Məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Ailəlidir, iki övladı var.

İstinadlar

Mənbə