Qursalı

QursalıErmənistan Pəmbək mahalının Hamamlı rayonunda kənd.

kənd
Qursalı
40°49′38″ şm. e. 44°20′37″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Pəmbək mahalı
Rayon Hamamlı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.580 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 464 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qursalı xəritədə
Qursalı
Qursalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pəmbək çayının yaxınlığında, Kəmərli dağının ətəyində yerləşir. Hamamlı rayonu yaradılana kimi (1937-ci ilə kimi) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur.

Erməni mənbələrində kəndin adının Qursalı formasında işlənməsi[2] toponim kəngər türk tayfasından olan xurs etnonimi ilə[3] Alı şəxs adı əsasında əmələ gəlmişdir. "Xurs (qurs) tayfasından olan Alıya məxsus kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1831-ci ildə 73 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 545 nəfər, 1897-ci ildə 713 nəfər, 1904 - cü ildə 824 nəfər, 1914 - cü ildə 999 nəfər, 1916-cı ildə 877 nəfər yalnız azərbaycanlı yaşamışdır.[4]

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri — azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 839 nəfər, 1926-cı ildə 954 nəfər, 1931-ci ildə 1033 nəfər,[4] 1987-ci ildə 2700 nəfər[5] yalnız azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri — azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya edilmişdir. Kənddə hal-hazırda ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.132
  3. Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, «Elm», 1990. s.101-104
  4. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.52-53, 132-133
  5. (25, s.167