Sona Sadıx qızı Salmanova (12 may 1956, Qursalı, Hamamlı rayonu) — "Əməkdar hüquqşünas", Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini.
Sona Salmanova | |
---|---|
Vəzifədədir | |
16 dekabr 2005-ci ildən | |
Sədr | Fərhad Abdullayev |
Vəzifədədir | |
14 iyul 1998-ci ildən | |
Əvvəlki | Vəzifə təsis edildi. |
1991 – 1998 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
1983 – 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 may 1956 (68 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | hakim, hüquqşünas |
|
|
Təltifləri |
Sona Salmanova 12 may 1956-cı ildə Ermənistan Respublikasının Spitak rayonunda (Pəmbək mahalı) anadan olmuşdur. 1963-cü ildə Gəncə şəhər 29 saylı orta məktəbə daxil olmuş və 1973-cü ildə həmin məktəbi bitirmişdir.
1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirilmə kurslarını bitirmişdir, 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçmişdir. 1979-cu ildən 1980-ci ilədək Bakı şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1980-ci ildən 1983-cü ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyəti və Plenumu katibliyinin müdiri olmuşdur.
1983–1998-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə "Əməkdar hüquqşünas" adı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli sərəncamı ilə Məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Ailəlidir, iki övladı var.