Tamara Kokova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tamara Kokova
Tamara Akaşevna Kokova
Doğum tarixi (90 yaş)
Doğum yeri Nalçik, Kabarda-Balkariya, RSFSR
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
IMDb ID0463792

Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti.[1]

Həyatı

Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur.[2]

Hazırda həyat yoldaşı vəkil Mark Voznesenskiy ilə Moskvada yaşayır.

Filmoqrafiya

  1. Sevimli şərfim (film, 1956)
  2. Bir məhəllədən iki nəfər (film, 1957)
  3. Fatimə (film, 1958)
  4. Bir qalanın sirri (film, 1959)
  5. Uçqun (film, 1959)
  6. Həmzə (film, 1961)
  7. Zümrad (film, 1962)
  8. Öz qəlbindən soruş (film, 1964)
  9. İyirmialtılar (film, 1966)
  10. Ağ royal (film, 1966)
  11. Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  12. Kaniyuta mağarasının sirri (film, 1968)
  13. Alovlar içində (film, 1968)
  14. Ataların torpağı (film, 1968)
  15. Ulduzlar sönmür (film, 1971)
  16. Üçüncü qızım (film, 1971)
  17. Simurq (film, 1972)
  18. Karvan (film, 1973)
  19. Atıcı (film, 1981)

Mənbə

  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 206.

İstinadlar

  1. Kokova, T. ”Mətanət bacı”: “O məni öz talismanı adlandırırdı: “Bir qalanın sirri”nin qəhrəmanını Moskvada tapmaq mümkün olub: [Rusiyanın Əməkdar artisti Tamara Kokova ilə müsahibə] //Olaylar.- 2013.- 27 sentyabr.- S.11.
  2. "Arxivlənmiş surət". 2017-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-22.

Xarici keçidlər

Videolar