Bir məhəllədən iki nəfər tammetrajlı bədii filmi rejissorlar İlya Qurin və Əjdər İbrahimov tərəfindən 1957-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyası və Maksim Qorki adına kinostudiyanın istehsalıdır. Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Əsas rolları Vadim Medvedev, Semyon Sokolovski, Fateh Fətullayev, İsmayıl Osmanlı və Tamara Kokova ifa edirlər. 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir.
Bir məhəllədən iki nəfər | |
---|---|
Fayl:Bir məhəllədən iki nəfər (film, 1957).jpg | |
Janr | dram |
Rejissorlar |
İlya Qurin Əjdər İbrahimov |
Ssenari müəllifləri |
Nazim Hikmət A. Beqiçeva |
Baş rollarda |
Vadim Medvedev Semyon Sokolovski Fateh Fətullayev İsmayıl Osmanlı Tamara Kokova |
Operator | Marqarita Pilixina |
Bəstəkar | Qara Qarayev |
Rəssamlar |
Elbəy Rzaquliyev Kamil Nəcəfzadə Məmməd Hüseynov |
İstehsalçılar |
Bakı Kinostudiyası Maksim Qorki adına kinostudiya |
İlk baxış tarixi | 11 fevral 1957 |
Filmin digər adları |
Bir məhəlləli iki oğlan Bir məhəllədən iki oğlan |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 92 dəq. |
Ölkələr |
Azərbaycan SSR Rusiya SFSR |
Dil | rusca |
Texniki məlumatlar |
10 hissə 2637 metr |
Rəng | ağ-qara |
IMDb | ID0349388 |
Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Filmdə dəqiq ünvan göstərilməmişdir. Bu ölkənin xalqı üçün sülh, milli istiqlaliyyət uğrunda mübarizə, müstəmləkəçilik əleyhinə mübarizə, hərbi bloklara qoşulmamaq deməkdir. Film qüvvə və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqqındadır.[1]
1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir.[1]