Tijen Karaş

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Tijen Karaş — Türk TV aparıcısı. 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd gecəsinin qəhrəmanlarından biri – qiyamçıların əsiri olan "TRT"-nin aparıcısı[1]. O, qiyamçıların bildirişini canlı yayımda bir neçə saat ardıcıl şəkildə, peşəkar səviyyədə oxuyaraq insanların diqqətini çəkib[1].

Həyatı

Tijen Karaş 1975-ci ildə Ankaranın Yenimahelle ilçəsində anadan olub[1].

Hacettepe Universitetinin məzunudur.[2]

Üç uşaqlı ailənin ortancıl qızı olan spiker bir müddət "Kanal D"də də aparıcı kimi görünüb. Uzun illərdir TRT-də işləyən Tijen 2000-ci ildə "TRT"-də "Yaşam ve Gençlik" adlı proqrama aparıcılıq edib. "TRT Avrasya", "TRT Int" və "TRT Türk"də müxtəlif verilişləri aparıb[1].

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra həmin anlar haqda Tijen Karaş belə deyib:

"Qorxunc dəqiqələr yaşadıq. Karyeramın ən çətin dəqiqələrini yaşadım. Hər hərəkətimiz izlənilirdi. Bizi əsir tutanlar bu hərəkəti ölkənin mənfəəti üçün etdiklərini, heç kimə zərər verməyəcəklərini söyləyirdilər. Silahları ilə bizi təhdid etdilər".[1]

İstinadlar

  1. 1 2 3 4 5 Çevrilişin məşhurlaşdırdığı aparıcı - FOTO Arxivləşdirilib 2016-07-19 at the Wayback Machine. milli.az, 18.07.2016  (az.)
  2. "Tijen Karaş Kimdir ?". Ana Haberim. 12 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 July 2016. (#apostrophe_markup)

Xarici keçidlər