Tina Çou

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tina Çou
Doğum tarixi 18 aprel 1950(1950-04-18)[1]
Doğum yeri
Vəfat tarixi 24 yanvar 1992(1992-01-24)[1] (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi QİÇS-dən ölüm[d]
Təhsili
Fəaliyyəti model[d], zərgərlik dizayneri

Tina Çou (ing. Tina Chow; 18 aprel 1950[1], Leykvyu[d], Ohayo[1]24 yanvar 1992[1], Pasifik-Paliseyds[d], Kaliforniya[1]) və ya doğum adı ilə Bettina Luiza Luts (ing. Bettina Louise Lutz) – yaponəsilli ABŞ modeli, restorançısı, zərgərlik dizayneri və heykəltəraşı.[2]

İlk illəri

Tina Çou 1950-ci ildə Ohayo ştatının Leykvyu qəsəbəsində doğulmuşdur.[2] Onun doğum adı Bettina Luiza Lutsdur.[2] Anası Mona Furuki yapon, atası Volter Edmund Luts isə almanəsilli amerikalı olmuşdur.[2] Volter Furuki ilə ABŞ ordusunun tərkibində Yaponiyada hərbi xidmət edərkən tanış olmuşdur.[3] Bettina bir neçə aylıq olanda valideynlərinin sevgisindən bəhs edən "Mən yapon müharibə gəlini idim" filmində rol oynamışdır.[3]

Bettina 1966-cı ildə ailəsi ilə birlikdə iş səbəbilə Tokioya köçmüş, daha sonra Tokioda yerləşən Sofiya Universitetinə daxil olmuşdur.[2]

Karyerası

Tina Çou karyerasına 1968-ci ildə Yaponiyanın "Shiseido" kosmetika şirkəti üçün, eləcə də, İssey Miyake üçün modellik etməklə başlamışdır.[3] Tezliklə dəb şoularında çıxış etməyə, fotoqraflar üçün modellik etməyə, jurnal üzlükləri və reklamlarda yer almağa başlamışdır.[2] O, Sesil Bitonun sevimli modeli olmuşdur.[2]

1972-ci ildə Londona köçərək əri Maykl Çou ilə Pekin mətbəxinə həsr olunmuş dəbdəbəli restoran idarə etməyə başlamışdır.[2] Onlar 1979-cu ildə Manhettenə köçərək restoranın ikinci, Kaliforniya ştatının Beverli-Hillz şəhərində isə üçüncü şöbəsini açmışdırlar.[2]

Çou 1980-ci illərin ortasında zərgərlik məmulatlarının dizaynı ilə məşğul olmağa başlamışdır.[2] Onun sayəsində amuletlərdə, eləcə də, üzüklərdə kvars və digər kristalla dəbə minmişdir.[2] Onun məhsulları Nyu-York və digər böyük şəhərlərin aparıcı mağazalarında satılırdı.[2] Daha sonra kristal və mebel dizaynında olan abstrakt və orqanik heykəltəraşlığa da yönəlmişdir.[2]

Çou dəb kolleksiyası ilə də məşğul olmuşdur.[2] Onun bir çox dizaynerə məxsus olan paltarlardan ibarət kolleksiyası Manhettendə Texnologiya üzrə Dəb İnstitutunda sərgilənmişdir.[2]

Çou 1989-cu ildə QİÇS xəstəliyinə yaxalanmış[3] və 24 yanvar 1992-ci ildə Los-Ancelesdəki evində ölmüşdür.[2] O, həyatının son illərində QİÇS xəstəsi insanlar üçün yemək çatdıran "Angel Food" təşkilatına dəstək göstərirdi.[2]

Şəxsi həyatı

Tina 1971-ci ildə Yaponiyada Maykl Çou ilə tanış olmuş və həmin il onunla nişanlanmışdır.[3] 1974-cü ildə qızı Çina, 1978-ci ildə oğlu Maksimillian anadan olmuşdur.[3] Cütlük 1987-ci ildə boşanmışdır.[3]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 Tina Chow.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 "Bettina L. Chow, Model and Designer, Dies at 41". The New York Times (ingiliscə). 26 yanvar 1992. 10 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2022.
  3. 1 2 3 4 5 6 7 "Tina Chow". Vogue (ingiliscə). 31 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2022.