Tina Çou (ing. Tina Chow; 18 aprel 1950[1], Leykvyu[d], Ohayo[1] – 24 yanvar 1992[1], Pasifik-Paliseyds[d], Kaliforniya[1]) və ya doğum adı ilə Bettina Luiza Luts (ing. Bettina Louise Lutz) – yaponəsilli ABŞ modeli, restorançısı, zərgərlik dizayneri və heykəltəraşı.[2]
Tina Çou | |
---|---|
Doğum tarixi | 18 aprel 1950[1] |
Doğum yeri | |
Vəfat tarixi | 24 yanvar 1992[1] (41 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | QİÇS-dən ölüm[d] |
Təhsili | |
Fəaliyyəti | model[d], zərgərlik dizayneri |
Tina Çou 1950-ci ildə Ohayo ştatının Leykvyu qəsəbəsində doğulmuşdur.[2] Onun doğum adı Bettina Luiza Lutsdur.[2] Anası Mona Furuki yapon, atası Volter Edmund Luts isə almanəsilli amerikalı olmuşdur.[2] Volter Furuki ilə ABŞ ordusunun tərkibində Yaponiyada hərbi xidmət edərkən tanış olmuşdur.[3] Bettina bir neçə aylıq olanda valideynlərinin sevgisindən bəhs edən "Mən yapon müharibə gəlini idim" filmində rol oynamışdır.[3]
Bettina 1966-cı ildə ailəsi ilə birlikdə iş səbəbilə Tokioya köçmüş, daha sonra Tokioda yerləşən Sofiya Universitetinə daxil olmuşdur.[2]
Tina Çou karyerasına 1968-ci ildə Yaponiyanın "Shiseido" kosmetika şirkəti üçün, eləcə də, İssey Miyake üçün modellik etməklə başlamışdır.[3] Tezliklə dəb şoularında çıxış etməyə, fotoqraflar üçün modellik etməyə, jurnal üzlükləri və reklamlarda yer almağa başlamışdır.[2] O, Sesil Bitonun sevimli modeli olmuşdur.[2]
1972-ci ildə Londona köçərək əri Maykl Çou ilə Pekin mətbəxinə həsr olunmuş dəbdəbəli restoran idarə etməyə başlamışdır.[2] Onlar 1979-cu ildə Manhettenə köçərək restoranın ikinci, Kaliforniya ştatının Beverli-Hillz şəhərində isə üçüncü şöbəsini açmışdırlar.[2]
Çou 1980-ci illərin ortasında zərgərlik məmulatlarının dizaynı ilə məşğul olmağa başlamışdır.[2] Onun sayəsində amuletlərdə, eləcə də, üzüklərdə kvars və digər kristalla dəbə minmişdir.[2] Onun məhsulları Nyu-York və digər böyük şəhərlərin aparıcı mağazalarında satılırdı.[2] Daha sonra kristal və mebel dizaynında olan abstrakt və orqanik heykəltəraşlığa da yönəlmişdir.[2]
Çou dəb kolleksiyası ilə də məşğul olmuşdur.[2] Onun bir çox dizaynerə məxsus olan paltarlardan ibarət kolleksiyası Manhettendə Texnologiya üzrə Dəb İnstitutunda sərgilənmişdir.[2]
Çou 1989-cu ildə QİÇS xəstəliyinə yaxalanmış[3] və 24 yanvar 1992-ci ildə Los-Ancelesdəki evində ölmüşdür.[2] O, həyatının son illərində QİÇS xəstəsi insanlar üçün yemək çatdıran "Angel Food" təşkilatına dəstək göstərirdi.[2]
Tina 1971-ci ildə Yaponiyada Maykl Çou ilə tanış olmuş və həmin il onunla nişanlanmışdır.[3] 1974-cü ildə qızı Çina, 1978-ci ildə oğlu Maksimillian anadan olmuşdur.[3] Cütlük 1987-ci ildə boşanmışdır.[3]