Sofiya Universiteti (Yaponiya)

Sofiya Universiteti (yap. 上智大学, Jōchi Daigaku, lat. Universitas Sedis Sapientiae, "Ali Müdriklik Universiteti") — Yaponiyanın Tokio şəhərində yerləşən özəl tədqiqat universiteti. 1913-cü ildə əsası qoyulmuş və 1928-ci ildə universitet statusu verilmiş ölkənin ilk katolik universitetidir.[1]

Sofiya Universiteti
上智大学
Xəritə
35°41′03″ şm. e. 139°43′55″ ş. u.
Əsası qoyulub 1913
Ölkə
Sayt sophia.ac.jp
sophia.ac.jp/eng/
sophia.ac.jp/eng/languag…
sophia.ac.jp/eng/languag…
sophia.ac.jp/eng/languag…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sofiya Universiteti Asiyanın ən yaxşı Katolik universiteti sayılır.[2]

Sofiya Universiteti 70-dən cox xarici ölkədən tələbə qəbul edən və 81 ölkənin 400 universiteti ilə mübadilə müqavilələri olan universitetdir.[3]

2022-ci ilə qədər universitetin xarici tələbələri tələbə kontingentinin təxminən 9%-nı təşkil edirdi.[4]

Sofiyanın məzunlarına adətən "Sofiyalılar" deyilir ki, onların arasında Yaponiyanın 79-cu Baş Naziri Morihiro Hosokava, Yaponiya Milli Parlamentində təmsil olunan bir neçə siyasətçi, bir sıra xarici dövlət xadimləri, yapon kino və musiqisini təmsil edən bir sıra aktyor və musiqiçilər və bir çox başqa görkəmli xadimlər var.

Sofiya Universitetinin tədris binası qurulduqdan bir il sonra.
Sofiya Universiteti 1945-ci il.

Sofiya Universitetinin adı İlahi Sofiyanın[5] şərəfinə qoyulub.

Universitet 1913-cü ildə təsis edilmişdir. Yaradıcısı və ilk rəsmi prezidenti Fr. Hermann Hoffmann (1864–1937) olmuşdur.[6]

Universitetinin kiçik kolleci 1973-cü ildə yaradılıb, ardınca 1976-cı ildə Sofiya İcma Kolleci açılmışdır.

2006-cı ildə Humanitar elmləri fakültəsinin yaradılmasından sonra Sofiya Universitetində hazırda 27 şöbə fəaliyyət göstərir.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Sofiya Universitetinin 81 ölkədə 396 institutla beynəlxalq tərəfdaşlıq müqaviləsi var.[7]

Universitetin tərəfdaşları arasında Corctaun Universiteti, Yel Universiteti, Honq Konq UniversitetiMünxen Lüdviq-Maksimilian Universiteti kimi tanınmış universitetlər var. O, həmçinin Sofiya Məktəb Korporasiyası ilə xarici regionlar arasında əlaqələri təmin edən doqquz xarici bazaya malikdir.[8]

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]
Tokionun Çiyoda şəhərindəki Sofiya Universitetinin Yotsuya Kampusunun fotoşəkili.
Sofiya Universiteti.

Universitetin 29 şöbəsi olan doqquz bakalavr fakültəsi, həmçinin 25 proqramı olan 10 magistratura məktəbi var. 2017-ci ilə qədər 14,021-dən çox tələbəsi olan universitet Yaponiyadan və xaricdən gələn tələbələrə Yaponiyada təhsil almaq üçün akademik imkanlar təqdim edir.

Bakalavr fakültələri və şöbələri

[redaktə | mənbəni redaktə et]
  • İlahiyyat fakültəsi
  • Humanitar Elmlər fakültəsi
  • İnsan Elmləri fakültəsi
  • Hüquq fakültəsi
  • İqtisadiyyat fakültəsi
  • Xarici Dillər fakültəsi
  • Qlobal Araşdırmalar fakültəsi
  • İncəsənət fakültəsi
  • Elm və Mühəndislik fakültəsi

İngilis dilində tədris olunan akademik proqramlar

[redaktə | mənbəni redaktə et]

Sofiya Universiteti ingilis dilində bir çox akademik proqramlar və kurslar təklif edir.

  • Humanitar Elmlər fakültəsi
  • Elm və Texnologiya Fakültəsində Yaşıl Elm və Mühəndislik kursları
  • Davamlı Gələcək proqramı[9]

İncəsənət fakültəsində tədris olunan kurslar

[redaktə | mənbəni redaktə et]
  • Beynəlxalq Biznes və İqtisadiyyat
  • Müqayisəli mədəniyyət
  • Sosial Araşdırmalar

Elm və Texnologiya fakültəsində tədris olunan ingilis dili kursları

[redaktə | mənbəni redaktə et]
  • Yaşıl Elm Proqramı (Materiallar və Həyat Elmləri Departamenti tərəfindən təklif olunur)
  • Yaşıl Mühəndislik Proqramı (Mühəndislik və Tətbiqi Elmlər Bölməsi tərəfindən təklif olunur)

Ali məktəbləri və proqramları

[redaktə | mənbəni redaktə et]
  • Elm və Texnologiya Ali məktəbi
  • Qlobal Ətraf Mühit Tədqiqatları Ali məktəbi
  • İqtisadiyyat Ali məktəbi
  • Humanitar Elmlər məktəbi
  • Ali Hüquq məktəbi
  • Ali İlahiyyat məktəbi
  • Din Elmləri Ali məktəbi
  • Humanitar Elmlər məktəbi
  • Qlobal Araşdırmalar məktəbi
  • Ali Dillər və Dilçilik məktəbi

Akademik tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Sofiya Universiteti 9 bakalavr fakültəsi və 10 Ali məktəbi olan tədqiqat universitetidir. Akademik tədqiqatlar yolunda aparıcı Yaponiya ali təhsil müəssisələrindən olan kollec güclü beynəlxalq təqaüd şəbəkəsi təqdim edərək, xaricdən tədqiqatçıları və tələbələri Yaponiyada təhsil almağa cəlb edir.

Tədqiqat müəssisəsi olaraq universitet 2005-ci ilin aprelində fənlərarası və təşkilatı tədqiqat fəaliyyətlərini təşviq etmək və asanlaşdırmaq məqsədilə Sofiya Universitetinin Tədqiqat Təşkilatını yaratmışdır. Eyni zamanda, universitet Tədqiqatların Təşviqi və Dəstək Mərkəzi ümumi tədqiqat fəaliyyətlərinə əlavə dəstək verir və sənaye, hökumət və akademik dairələr arasında üçtərəfli əməkdaşlıq təşəbbüsünü gücləndirir.[10]

Akademik tədqiqat və öyrənməyə kömək məqsədiylə Sofiya Universitetinin hazırda 3 kitabxanası və əlaqəli kitabxanaları var. Kitabxanalarda 11,5 milyondan çox kitab və 12,570 jurnal saxlanılır.[11][12]

  • Sofiya Universitetinin Mərkəzi kitabxanası
  • Hüquq Məktəbi kitabxanası
  • Mejiro Seibo Kampus kitabxanası

Əlaqəli kitabxanaları:

  • Kirişitan Bunko kitabxanası
  • Sofiya Universitetinin Akademik Araşdırmaları kitabxanası

Akademik reytinqləri

[redaktə | mənbəni redaktə et]

Times Higher Educationun məlumatına görə, 2021-ci ildə Sofiya Universiteti ölkədə 18-ci yer tutmuşdur.[13] Universitet ölkənin dördüncü ən böyük humanitar universitetidir.

Universitetə qəbul çox seçici və rəqabətlidir. Beləliklə, Keio Universiteti və Vaseda Universiteti ilə birlikdə ən yaxşı özəl universitetlərdən biri hesab olunur. Tipik qəbul dərəcəsi 5% təşkil edir.[14]

Xarici əlaqəli təşkilatları

[redaktə | mənbəni redaktə et]
  • Cənub-Şərqi və Şərqi Asiya Katolik Kollecləri və Universitetləri Assosiasiyası.
  • Kuansei Gakuin Universiteti ilə əməkdaşlıq haqqında hərtərəfli saziş.
  • Qlobal 5 Universitetlə Əməkdaşlıq Müqaviləsi — Vaseda Universiteti, Akita Beynəlxalq Universiteti, Beynəlxalq Xristian Universiteti, Ritsumeikan Asiya Sakit Okean Universiteti.
  • Beynəlxalq Xristian Universiteti ilə əməkdaşlıq haqqında hərtərəfli saziş.
  • Katolik Universitetinin Xristian Mədəniyyəti İnstitutunun üzvü.

Görkəmli professor heyəti

[redaktə | mənbəni redaktə et]
  • Peter Milvard — İngilis Ədəbiyyatı üzrə Fəxri professor
  • Gregory Klark — iqtisadiyyat üzrə professor
  • Kuniko İnoquçi — hüquq professoru və Yaponiyanın Cenevrədəki Silahsızlanma Konfransındakı daimi nümayəndəsi
  • Jun-ichi Nişizava — elektron mühəndisi, ixtiraçı və xüsusi təyin olunmuş professor.
  • Sadako Oqata — siyasi elm professoru və BMT-nin Qaçqınlar üzrə keçmiş Ali Komissarı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin keçmiş prezidenti.

Tanınmış məzunları

[redaktə | mənbəni redaktə et]
  • Morihiro Hosokava — Yaponiyanın 79-cu Baş naziri
  • Toşitsuqu Saito — Yaponiyanın 65-ci və 66-cı müdafiə naziri
  • Koişiro Genba — Yaponiyanın keçmiş xarici işlər naziri
  • Kuniko İnoquçi — Yaponiyanın gender bərabərliyi və sosial məsələlər üzrə ilk dövlət naziri
  • Takuya Hirai — Rəqəmsal Transformasiya üzrə keçmiş nazir
  • Karlos Holmes Trujilo — keçmiş Xarici İşlər naziri və Kolumbiyanın Müdafiə naziri
  • Rizal Ramli — İndoneziyanın keçmiş Maliyyə naziri
  • Yukari Sato — iqtisadçı və Nümayəndələr Palatasının üzvü
  • Şoiçi Kondo — DPJ Nümayəndələr Palatasının üzvü və Ətraf Mühitin Mühafizəsinin keçmiş vitse-prezidenti
  • Li Linsi — Çin diplomatı, pedaqoq, Çan Kayşinin diplomatik məsləhətçisi
  • Mukhriz Mahathir — Malayziyanın Kedah vilayətinin 11-ci Baş naziri.

Media və ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Jake Adelstein — jurnalist, məsləhətçi və Tokyo Vice kitabının müəllifi
  • Beni Araşiro — müğənni
  • Yoşitaka Asama — ssenarist və rejissor
  • Desiree Lim — kanadalı kinorejissor, prodüser və ssenarist
  • Koiçi Maşimo — rejissor, Bee Train Production studiyasının yaradıcısı
  • Yuriko Nişiyama — manqa komikslərinin müəllifi
  • Robert Uhiting — Yapon mədəniyyəti haqqında müəllif
  • Yuki Yamato — yapon ssenaristi və rejissoru.
  • Yaponiyada təhsil
  1. "上智大学の沿革|上智大学". www.sophia.ac.jp (yapon). 1549. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  2. "Top Catholic Universities in the world | 2021 World University Ranking". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
  3. "Global Engagement | Sophia University". www.sophia.ac.jp (ingilis). 2023-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.
  4. "数字で見る上智大学|上智大学". www.sophia.ac.jp (yapon). 2023-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.
  5. "Arxivlənmiş surət". 2023-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
  6. "Hoffman". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
  7. "Sophia University". www.sophia.ac.jp (ingilis). 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  8. "私立学校法 - 日本語/英語 - 日本法令外国語訳DBシステム". www.japaneselawtranslation.go.jp. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-05.
  9. "Sophia University". www.sophia.ac.jp (ingilis). 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-04.
  10. "Sophia University: a Japanese university with a global mission" (PDF). Sophia University. Chiyoda, Tokyo, Japan. April 2018. 1–25. 11 April 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 April 2020.
  11. "図書館概要 - 上智大学図書館". www.lib.sophia.ac.jp. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-31.
  12. "Sophia University". www.sophia.ac.jp (ingilis). 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-31.
  13. "Sophia University". Times Higher Education (THE) (ingilis). 2021-05-21. 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
  14. "2011年度一般入試出願状況|上智大学 公式サイト". www.sophia.ac.jp. 2011-01-27 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]